“Əsirlərin bizdə qalması Ermənistanda daxili gərginliyi daha da artırır...” - AÇIQLAMA

18-11-2021, 19:25           
“Əsirlərin bizdə qalması Ermənistanda daxili gərginliyi daha da artırır...” - AÇIQLAMA
“Əsirlərin bizdə qalması Ermənistanda daxili gərginliyi daha da artırır...”
“Mən bu təxribatın xüsusi olaraq Milli Dirçəliş günüylə əlaqələndirilməsini ehtimal etmirəm. Sadəcə olaraq bunu daha çox Ermənistanın daxilində gedən proseslərlə əlaqələndirirəm. Çünki orda belədir ki, müdafiə nazirinin dəyişdirilməsi, Rusiyaya yaxın adamların vəzifələrdən çıxarılması müəyyən qıcıq yaradır və bu təxribat da birbaşa onunla bağlıdır”

Bunu Moderator.az-a açıqlamasında professor Qulu Məhərrəmli deyib. Q.Məhərrəmlinin sözlərinə görə burda həm də Paşinyanı hakimiyyətdən devirmək istəyən qüvvələrin də əli var:

“Hesab edirəm ki, bütün bu proseslərin hamısında Rusiya, ona yaxın olan və Paşinyanı hakimiyyətən devirmək istəyən qüvvələr dayanır. Nə qədər ki, onlar sabitləşməyib, belə təxribatlar da ara-sıra olacaq. Sadəcə olaraq Azərbaycan Ordusu daim ayıq-sayıq olmalıdır və əlavə tədbirlər görməlidir.

Təbii ki, əsirlər də danışıqlarda bir predmetdir. Bizdə erməni əsirlərin qalması Ermənistanda daxili gərginliyi daha da artırır. Mənə elə gəlir ki, Azərbaycan daha çox indi Ermənistanda hakimiyyətdə olan qüvvələrlə danışıqları birbaşa aparmalıdır. Hətta bir çox hallarda Rusiyanın danışıqlarda iştirakı olmadan bunu etməlidir. Ona görə də indi gedən proseslərdə yanaşma tamamilə dəyişib. İndi Azərbaycan söz sahibidir, təbii ki, bəlli bir həddə qədər davranışlar sərbəstləşəndə Rusiya müdaxilə edir və bu cür təxribatlar törədilir. Ona görə də tərəflərin bir-biriylə dil tapmasını və indi böhrandan qurtarmağı Ermənistan hakimiyyəti düşünməlidir. Bunun üçün də ən yaxşı yol Azərbaycanla danışıqları intensivləşdirmək və Türkiyəylə əməkdaşlığı genişləndirməkdir. Ermənistanın nicatı yalnız və yalnız bundadır”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.