“Təxribat olsa, icazə verirəm üzümə tüpürün!” – Helikopter qəzasından danışan ÜZEYİR CƏFƏROV

1-12-2021, 18:06           
 “Təxribat olsa, icazə verirəm üzümə tüpürün!” –
“Qəzada təxribatın olması ümumiyyətlə mümkün deyil. Bilsəm ki, bu məsələdə narahatçılıq var, efirə gəlib sakit oturaram? Təxribat olsa, icazə verirəm kameralar qarşısından üzümə tüpürün”.

Bizim.Media xəbər verir ki, bu sözləri polkovnik, hərbi ekspert Üzeyir Cəfərov Müsavat.com-un canlı yayımında hərbi helikopterin qəza səbəbi ilə bağlı təxrubat versiyasına aydınlıq gətirərkən deyib.
Polkovnik qəzaya səbəb kimi helikopterin enmə zamanı hava axınına düşməsi versiyasını irəli sürüb:

“Həmin qəzada doğmasını itirən bir adam kimi deyirəm. Faciəyə səbəb məhz hava axınıdır. Çünki Mİ-17-lərin həssas məqamı ilə hava axını üst-üstə düşüb deyə bu qəza baş verib. Bu sadəcə olaraq mənim versiyamdır. Əsk fikir varsa, buyursunlar, bəlkə bilmədiyimiz nəsə var. Bu məsələnin araşdırılması və hüquqi qiymət verilməsi vacibdir ki, buna da nail olacağıq”,- deyə Üzeyir Cəfərov əlavə edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.