"Mənə "seksi" qızdır, qəşəng ayaqları var deməsinlər, mənəviyyatımı doyurmur"

25-01-2022, 18:05           
"Mənə "seksi" qızdır, qəşəng ayaqları var deməsinlər, mənəviyyatımı doyurmur"
"Səhnəyə "sound" və rahatlıq gətirmişəm. Dikdabandır, saç yığırlar, dedim ki, bu, olmasa da, olar. Dedim ki, səliqəli olun yetər. O dikdabanlara, pır-pır libaslara, saç yığmaqlara ehtiyac yoxdur".

Teref.az olay-a istinadən xəbər verir ki, bu sözləri Murad Arifin "Youtube" layihəsi "Popumuz var"da qonaq olan müğənni Röya Məmmədova (Hiss) deyib.

O uzun müddət sonra yenidən yayımlanan layihədə bildirib ki, özünü Azərbaycanın ulduzu sayır:

"Azərbaycanın ulduzuyam. "Youtube" baxışları, insanların reaksiyaları, tələbatları nəzər alıb deyirəm. Milyoner olsam, heç konsert vermərəm, özüm üçün hər ay mahnı çıxararam. Açıq havada pulsuz konsert edə bilərəm ki, insanlar əylənsin".

Sənətçi Murad Arifin "Warner Music"lə müqavilənizdən sənə çatacaq məbləğ 500 min lirədir" iddiasını "Siz bunu haradan bilirsiz" deyərək təsdiqləyib:

"Kliplər, mahnılar və digər xərclər ayrı ödənir. Bu, mənim sırf artist qonorarımdır. İstanbulda 70 afişa yerləşdirəcək və sairə. İstanbulu Bakı-Kürdəmir yolu etmişəm. Albomumda 9-10 mahnı olacaq. İlk mahnım "Bela" adlanır. Türk dilindədir. Miro yazıb, orada bir adam tapmadım ki, mənə mahnı yazsın. Oranın reperləri qazanır deyə, deyirlər, mahnımı sənə niyə verim ki? "Warner Music" bizə mail yazanda qonorar filan düşünmürdüm, daha çox qlobal arenaya çıxmaq istəyirdim. Ozan Çolakoğlunun studiyasında səsyazmaya girdim. Ən yaxşı texnika ilə klipimizi çəkdik. Bu, mənim ən yaxşı klipimdir. Bu müqavilənin mənə qatdığı tək pul deyil, onlar necə işləyirlər, bunun təcrübəsini qazanıram. Bu, hələ ilk albomdan olan qazancdır. İkinci albom İngiltərədə olacaq. Alacağım məbləğ 1 ilin qazancıdır, gələn il yeniləcək və daha çox qonorar alacam. Şirkət hər şeyi mənə buraxıb. Nə geyinəcəm, nə oxuyacam və sairə. Deyirlər ki, biz səni Hiss olduğun üçün sevmişik.

Bəzilərinin qatarı gedir, çünki gənc nəsillə ayaqlaşa bilmirlər. 35 yaşımda qatarım gedəcək. O zaman milyoner olub öz villamda gənclərə baxacağam. Villam Azərbaycanda da olacaq, xaricdə də. Xarici ölkələr maraqlıdır".

Hiss bildirib ki, uğurunun 60 faizi xarici görünüşü ilə bağlıdır:

"Başqa tipdə insan oxusa idi, ulduz olmazdı, sadəcə mahnı "partlayar"dı. Bakıda dəbə təsir etdiyimi görürəm. Mənə çox şəkillər atırlar ki, bax, bacını tapmışam, deyirəm, axı bacım yanımdadır. Sonra görürəm ki, şəkildəki mənim kimi geyinib.

Soyunmağa ehtiyac duymuram. Utanmaq da var, amma ehtiyac duymuram ki, kimsə mənə baxıb desin ki, nə gözəl ayaqları var, nə qəşəng qızdır. Bu, mənim mənəviyyatımı doyurmur. Məni tamamlamır. Mənə nə şirin qızdır desinlər, amma seksi qızdır deməsinlər.

Kayli Cennerlə oxşarlıq olduğunu deyirlər, amma özümü oxşatmıram. O kimdir ki, özümü ona oxşadım. Mənim idealım deyil, sadəcə pulu var. Mənim üçün Rihanna daha idealdır".

Sənətçi "Getdiyin partilərdə qarşı cinsdən təhlükə hiss edəndə onu necə uzaqlaşdırırsan" sualına isə belə cavab verib:

"Belə bir şey yaşamamışam, özümü bundan qorumuram. Sağ ol, "qaqaş" deyib, söhbəti bağlayıram. Sənə "qaqaş" deyirəm, sevəcəksən məni? Məndən uzaq durun, hamınız qardaşımsız".шаблоны для dle 11.2


Loading...



Loading...





Loading...

Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.