Zelenski: "Ukrayna rus əsgərlərinin cəsədləri ilə dolub"

20-03-2022, 11:09           
Zelenski: "Ukrayna rus əsgərlərinin cəsədləri ilə dolub"
Ukrayna prezidenti Vladimir Zelenski ruslara müraciət edərək bildirib ki, Ukraynada 14 mindən çox rus əsgəri həlak olub və bu, onların vətənlərində hiss olunmur. Onun sözlərinə görə, Rusiya ölənlərin cəsədlərini götürmür. "Xüsusilə şiddətli döyüşlərin getdiyi yerlərdə müdafiəmizin ön cəbhəsi sadəcə olaraq rus əsgərlərinin cəsədləri ilə doludur. Bu cəsədləri heç kim götürmür..

Biz yaxşı bilirik ki, Rusiyada sonsuz insan resursu və çoxlu texnika, raketlər, bombalar var. Amma mən Rusiya vətəndaşlarından soruşmaq istəyirəm: bu illər ərzində onlar sizə nə ediblər ki, itkilərinizin fərqinə varmırsınız? Oğul, ana, ata sözləri artıq sizin üçün heç bir əhəmiyyət kəsb etmir. Artıq 14 mindən çox əsgəriniz həlak olub. Bunlar 14 min ana, 14 min ata, bunlar arvad, bunlar uşaqlar, qohumlar, dostlardır və siz bunu hiss etmirsiniz? Ancaq bu müharibə davam etdikcə qurbanlar daha çox olacaq. Bu sizin torpaqlarımızda bizə, Rusiyanın Ukraynaya qarşı apardığı müharibədir”, - deyə Zelenski bildirib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.