“Mən şəxsən Azərbaycanın ərazi bütövlüyünü tanıyıram və...”- Ermənistan deputatı

22-03-2022, 10:21           
“Mən şəxsən Azərbaycanın ərazi bütövlüyünü tanıyıram və...”- Ermənistan deputatı
"Fakt budur ki, 1994-cü ildə biz müharibədə qalib gəlmədik. Ancaq bəli, ciddi döyüşləri udduq".

Moderator.az-ın News.am-a istinadla verdiyi xəbərə görə, bu fikri Ermənistanın “24TV” telekanalının efirində baş nazir N.Paşinyanın lideri olduğu “Vətəndaş sazişi” partiyasının parlament fraksiyasının üzvü Ovik Ağazaryan ifadə edib

O, həmçinin qeyd edib ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü çoxdan tanıyırb, o da bunu “tanıyır” və Azərbaycana qarşı heç bir ərazi iddiası yoxdur.

Ermənistan parlamentinin üzvü kimi Azərbaycanın irəli sürdüyü beş məsələ ilə bağlı fikirləri, həmin məqamları qəbul edib-etməməsi haqda suala isə Ağazaryan belə cavab verib:

“Mən şəxsən Azərbaycanın ərazi bütövlüyünü tanıyıram”. Lakin erməni deputat əlavə edib ki, “Stepanakert” (Xankəndi). – S.L.) öz müqəddəratını özü müəyyən etməlidir”...



Sultan Laçın












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru