“Putin salamat qalsa, bu ərazilərə də iddia irəli sürəcək”

22-03-2022, 10:23           
“Putin salamat qalsa, bu ərazilərə də iddia irəli sürəcək”
“Ruslar II dünya müharibəsindən qalan köhnə-kürüş nə varsa, hamısını Ukrayna şəhərlərinə, kəndlərinə tökür”.

“Yeni Sabah” xəbər verir ki, bunu siyasi şərhçi Xaləddin İbrahimli deyib. O, qeyd edib ki, Putinin planı Ukraynanı, Gürcüstanı, Qara dəniz sahillərini işğal etmək, Moldovanı Tuna ilə Qara Dənizə bağlayan limanı ələ keçirmək və Dnestryanını birbaşa Donetsk-Luganska bağlamaqdır:

“Qara DənizdəTürkiyə ilə Ukraynasız və Gürcüstansız qonşu olmaq və bu dənizdə tam hegemon olmaq niyyətindədir.

Bu zaman Azərbaycan və Ermənistan da ağır durumda qalır. Türkiyə ilə Naxçıvan üzərindən əlaqə yenə İranın umuduna qaldı, təbii ki, Putin izin vermədi. 200 illik “status kvo”nu dəyişmədi.

Putin salamat qalsa, sonra boğazlara da iddialar, Ərdahan və Qarsa yenidən iddialar iləri sürmək üçün təməllər atır.

Buna görə də "hələ danışıqlara hazır deyilik" bəyanatı verirlər. Amma istədiklərini də edə, "hazır" ola bilmirlər.

İndi görürsünüzmü Ukrayna gerçəkdən təkcə özü üçün yox, bir çox ölkələr üçün savaş verir. Hər kəsin ona hər cür dəstək vermək yükümlülüyü var”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.