"Atamın Ukraynadakı şiddəti haqlı görməsi ürəyimi parçalayır" - Maşkovun qızı

23-03-2022, 12:25           
"Atamın Ukraynadakı şiddəti haqlı görməsi ürəyimi parçalayır" - Maşkovun qızı
Rusiyalı aktyor, rejissor Vladimir Maşkovun qızı, aktrisa Mariya Maşkova "CNN" telekanalına müsahibəsində Ukraynadakı vəziyyətdən danışıb.

Teref.Az axşam.az-a istinadən bildirir ki, o, açıqlamasında Rusiyanın Ukraynada keçirdiyi hərbi əməliyyatları atasından fərqli olaraq dəstəkləmədiyini və müharibəyə qarşı olduğunu bildirib:

"Hazırda baş verənləri təsəvvür etmək mümkün deyil. Bir çox rusların, o cümlədən atamın bu şiddəti nədənsə haqlı görməsi ürəyimi parçalayır. Ancaq bunu Ukrayna sakinlərinin indi yaşadıqları, həyatlarını itirməsi ilə müqayisə etmək olmaz".

Mariya bu yaxınlarda atası ilə danışdığını və ondan Amerikadan geri, Rusiyaya qayıtmasını istədiyini etiraf edib:

"Məndən qızlarımla birlikdə yaxşı bir rusiyalı qadın olmaq üçün dərhal ölkəyə qayıtmağımı, xəyanətə görə üzr istəməyimi və Ukrayna nasizminə qarşı mübarizədə rus xalqı ilə birlikdə olmağımı xahiş edib".

Qeyd edək ki, bundan əvvəl V.Maşkov Donetsk və Luqansk Xalq Respublikalarının müstəqilliyinin tanınmasını, eləcə də Rusiyanın Ukraynada hərbi əməliyyat keçirməsinə dair qərarını dəstəkləyini açıqlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru