"Moskvanın hədəfi Ukrayandan sonra Mərkəzi Asiya olacaq"

26-03-2022, 00:02           
"Moskvanın hədəfi Ukrayandan sonra Mərkəzi Asiya olacaq"
"Rusiyanın Ukraynada işğalçılıq siyasətinin qarşısını ala biləcək güclərdən biri Çindir".

Bu barədə "Sherg.az"a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Ekspert bildirib ki, Çin obyektiv siyasi mövqeyini ortaya qoyub Moskvanı Kiyevlə anlaşmaya getməyə məcbur edə bilər:

"Moskva və Pekin arasında Qərbə qarşı strateji əməkdaşlıq var. Rusiyanın güclənməsi və Ukraynanı işğal etməsi Pekinin geosiyasi maraqlarına cavab vermir. Çünki Ukrayandan sonra Moskvanın hədəfi Mərkəzi Asiya olacaq. Bu da Pekinlə maraqların toqquşması deməkdir. Hazırda Rusiya Ukraynada siyasi-hərbi məqsədlərinə nail ola bilmir. Hərbi və iqtisadi cəhətdən zəifləyir. Görünür, Çin də Rusiyanın Ukrayna labirintində ilişməsi fonunda zəifləməsində maraqlıdır. Ona görə də prosesi kənardan izləyir".

Analitik bəyan edib ki, Türkiyənin vasitəçiliyi müəyyən müddət davam edə bilər:

"Ümumiyyətlə, Rusiya Ukraynada hərbi məqsədlərinə çatsaydı, Ankaranın vasitəçiliyini qəbul etməzdi. Bütün proses Ukrayna hərbçilərinin döyüşündən asılıdır".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.