Ukraynada həlak olan rus əsgərin anası: “Bir halda ki, bu qədər gənc həyatını itirib...”

27-03-2022, 16:52           
Ukraynada həlak olan rus əsgərin anası:
Paralel.az xəbər verir ki, “Deutsche Welle” 26 yaşlı oğlu Ukraynada həlak olan anadan müsahibə götürüb. Nataliyanın oğlu 26 yaşlı Yevgeni müharibədən əvvəl Milli Qvardiyada xidmət edib, Moskvada mitinqləri dağıdıb. Bu ilin yanvar ayına qədər isə orada kinoloq işləyib. Anası Nataliyanın dediyinə görə, Ukraynada baş verənlərlə maraqlanmırdı.

Müsahibədən bir hissəni tədim edirik:

- Siz özünüz bu müharibənin niyə başladığını anlayırsınız?
- Sadə sözlərlə desək, belə anlayıram: əgər biz bombalamasaydıq, ukraynalılar bizi bombalayacaqdılar. Burada variant yoxdur. Amma nə isə qaydasında getməyib. Əlbəttə, heç kəs beləsini gözləmirdi. İndi isə, bir halda ki, bu qədər gənc həyatını itirib, dayanmaq olmaz. Axıra qədər getmək lazımdır. Qələbəyə qədər.

- Siz Rusiyanın Ukraynada nə etdiyini bilirsiniz? Oğlunuz nə uğrunda savaşıb?
- Hesab edirəm ki, oğlum bizə görə, Rusiya və ruslar uğrunda savaşıb. Bizim indi sizinlə telefonla danışa bilməyimiz, yemək və içməyimiz üçün. Düşünürəm ki, orada nahaq yerə həlak olmayıb. Bizə görə ölüb. Bizim uzun və xoşbəxt yaşamağımıza görə. Bizim üzərimizə bömbalar tökülməsin deyə.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.