"Bəzi rəislərim, bədxahlar Ulu öndərin mənə atalıq qayğısından qısqanclıq duyublar..." - general-mayor Natiq Əliyev

29-06-2022, 17:15           
"Bəzi rəislərim, bədxahlar Ulu öndərin mənə atalıq qayğısından qısqanclıq duyublar..." - general-mayor Natiq Əliyev
TEREF.AZ xəbər verir ki, Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin sabiq rəisi, əməkdar həkim və əməkdar idman xadimi general-mayor Natiq Əliyev Moderator.az-a açıqlamasında Ümummilli lider Heydər Əliyevlə tanışlığının tarixçəsindən bəhs edib:

“Düz 30 il öncə Ulu öndərimiz Heydər Əliyevlə tanış olmuşam. Ulu öndər Naxçıvan Qarnizonu Qospitalına saat 11:00-da gəldi. Beş saaata yaxın bri yerdə olduq. O, qospitalın bütün ərazisini, binalarını gəzdi. Hər bir əməkdaşla fərdi söhbət etdi. Hər birinin problemini soruşdu, qayğılarını xəbər aldı. Qospitalın təminatı, təchizatı ilə maraqlandı. Onun bu günə kimi xoş simasını, nurlu çöhrəsini, mehriban baxışlarını, hədsiz səmimiyyətini bir dəqiqə də olsun unutmamışam.

Ulu öndər həmin görüş zamanı əlini mənim çiynimə qoyaraq öz tapşırıq və tövsiyyələrini verdi. Mən də 30 il müddətində bir an belə olsun Ulu öndər Heydər Əliyevin tapşırıqlarından kənara çıxmadım və son nəfəsimə qədər də çıxmayacam. Mən Ümummilli liderə, onun siyasi kursuna, Prezident İlham Əliyevin siyasətinə sədaqətli olacam. Mən 30 il öncə Ulu öndərə bu sözü vermişəm və bu sözə sadiqəm.

Qeyd edim ki, Ulu öndər həm Naxçıvanda, həm də Bakıda mənə diqqət və qayğı göstərib, məni hər zaman bədxahlardan qoruyub. Çox təəssüf ki, bəzi rəislərim, bədxahlar Ulu öndərin mənə göstərdiyi atalıq qayğısından, xoş münasibətindən narahat olub, bundan qısqanclıq duyublar. Ancaq Ulu öndər zamanında onların hamısını yerində otuzdurub. Belə bir hadisə 1999-cu ildə də baş verib.

Bir məqamı da qeyd edim ki, 1992-ci ili iyunun 28-də axşamüstü Heydər Əliyevin müavinləri onun kabinetinə girərək sabahkı proqram haqqında ona məlumat vermişdi. O vaxt Ulu öndər Ali Məclsiin sədri vəzifəsində işləyirdi. Onlar Ümummilli liderə bildirmişdilər ki, sabah sovet dönəmindən qalan Naxçıvan qospitalının milliləşdirilməsi prosesinə başlanacaq. Onlar milliləşəcək Naxçıvan Qarnizonu Qospitalının rəhbəri vəzifəsinə öz namizədlərini təqdim edirlər. Təklif edirlər ki, qospitalın təhvil-təslim prosesindən sonra həmin şəxs qospital rəhbəri kimi şəxsi heyətə təqdim edilsin. Lakin Heydər Əliyev əlini masaya vuraraq bildirir ki, axı mən sizə demişəm ki, mənim öz namizədim var. Bu, Natiq Əliyevdir və onu sabah özüm kollektivə təqdim edəcək.

Səhərisi gün saat 11:00-da Ulu öndər qospitala gələrək məni qospitalın kolektivinə təqdim etdi, mənə tövsiyyələrini, xoş sözlərini çatdırdı.

Mən Ümummilli liderə, onun milli maraqlar üzərində köklənən siyasətinə bu günə qədər sədaqətlə xidmət edirəm və ömrümün sonuna kimi də sədaqətlə xidmət etməkdə davam edəcəm”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.