Xersonu döyüşmədən azad etmək olar - Musiyenko

15-08-2022, 11:26           
Xersonu döyüşmədən azad etmək olar - Musiyenko
Xerson şəhərini rayon mərkəzinin küçələrində döyüşmədən rus işğalçılarından azad etmək olar.

Axar.az xəbər verir ki, bunu Hərbi Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Aleksandr Musiyenko deyib.

"Ola bilsin ki, düşmən sadəcə olaraq Xersondan təslim olmağa və ya geri çəkilməyə başlayacaq. Ukrayna müdafiəçiləri şəhər döyüşlərinə mütləq hazırdırlar, lakin indi onların vəzifəsi rus qoşunlarının əlavə qüvvələr aldığı marşrutları və maddi-texniki bazanı tam şəkildə sıradan çıxarmaqdır. Yəni bu texnikanın düşmənin əlinə keçməməsi üçün şərait yaratmaqdır. Əslində, rus qoşunlarının bir qrupu tələyə düşdü. Onlar əvvəlcə Xerson vilayətinin cənub sahilinə şirnikləndirilib, sonra isə təchizat və logistika yolları kəsilməyə başladı", - o bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru