“Bu mahnı ilə o vaxt məni çox qınadılar, amma 1 milyon diski satıldı...”
29-08-2022, 17:24
““Bu günahla səni bağışlayıram” yunan mahnısı idi. Sadəcə söz yazdırmışdıq. Bu mahnı ilə məni çox qınadılar, amma nə oldu?! O vaxt həmin mahnının 1 milyon diski satıldı. Mahnının hələ 6 ayı tamam olmamışdı. Belə təpkilər sənətdə hamıya qarşı olur. Kimlərə qarşı olmayıb ki?!”
Bunu Moderator.az-a açıqlamasında əməkdar artist, tanınmış müğənni Cavanşir Məmmədov deyib. O, daha sonra əlavə edib.
“Bizim həm o vaxtki, həm də indiki müğənnilərimiz görün əcnəbi mahnıları necə gözəl ifa edirlər. Bunun nəyi pisdir ki?! Bəzən jurnalistlər hansısa musiqi, mahnı haqda məndən fikir soruşurlar ki, filan mahnını bəyənirsiz ya yox?! Mən də onlara deyirəm ki, əvvəla mən Üzeyir Hacıbəyov deyiləm. Mövqeyimi ona görə bildirə bilərəm ki, çünki toylara gedirəm, xalqın içərisində oluram. Çünki toyda məndən hər mahnını istəyə bilərlər. Təbii ki, həmin mahnı bizim səviyyəmizə, musiqi duyumumuza layiq olmalıdır” deyə sənətkar bildirib.
Cavanşir Məmmədov daha sonra paxıllıqdan danışıb.
“Efirdə həm düz danışmaq lazımdır, həm də savadlı. Çünki bizə milyonlar baxır, onları əsəbləşdirmək lazım deyil. Konservatoriyada da bitirə bilərsən, dərs də deyə bilərsən, amma efir danışığı, efir mədəniyyəti tam başqadır. Biz bir ömür yaşayırıq, kimisi yaxşı, kimisi pis. Gəlin elə yaşayaq ki, həm rəhmət aparaq, həm də hörmət. Paxıllıq bizim qanımızda var. Gəlin bunu hamıya şamil etməyək, amma 20 faiz insanları çıxmaq şərtilə qalan hamıda var. Tək bu sahədə deyil ki, bütün sahələrdə var. O vaxt “Rolls-Royce” alanda dedilər ki, 1 milyona almısınız. Sual verdim ki, “qardaş, siz mənim yanımda olmusunuz?”. Canlı efirdə bir hay-küy qopub gəl görəsən. Maşını alanda bir il yarım gizlətdim. Mənim də xəbərim olmayıb, maşını qoymuşam yuduzdurmağa. Yuyucu çəkib maşını qoyub internetə. Bir də gördüm oğlum mənə zəng edir ki, “papa, baxmısan maşını internetə qoyublar ki, guya satmısan?”. Bunu o vaxt şişirtdilər” deyə sənətçi bildirib.