Zelenskaya ərinə olan hücumları qınadı: “Volodimir dəyişməyib”
5-09-2022, 07:45
Ukraynanın birinci xanımı bəzi insanlardan incidiyini bildirib
Ukraynanın birinci xanımı Elena Zelenskaya bəzi insanlardan inciyib. AYNA UNİAN-a istinadən bildirir ki, Zelenskayanın sözlərinə görə, bəzi insanlar əri Volodimir Zelenskinin Ukrayna Prezidenti olduqdan sonra dəyişdiyini bildirirlər.
“Mən bundan çox inciyirəm. Çünki Volodimir həmişəki kimidir, dəyişməyib. Hələ də komediya janrında aktyor olaraq qalsaydı da, ölkədə müharibə başladığı təqdirdə yenə də indikindən fərqli davranmazdı”, - deyə xanım Zelenskaya qeyd edib.
Ukraynanın birinci xanımı deyib ki, əri eyni adamdır: “Mən onu həmişə belə tanımışam. O, başqa cür hərəkət etməzdi".
Qeyd edək ki, müharibənin ilk günlərində Zelenskiyə Ukraynadan təxliyə təklif edilsə də, Prezident bu təklifi qətiyyətlə rədd edib. “Mənə taksi yox, silah lazımdır”, - deyə ölkə başçısı qeyd edib.