“50 min Putin üçün ciddi itki deyil...” – Ekspert

7-09-2022, 12:17           
“50 min Putin üçün ciddi itki deyil...” – Ekspert
Sentyabrın 6-na (2022) olan vəziyyətə Ukrayna döyüşçüləri 50 mindən artıq işğalçını məhv ediblər.

Hərbi ekspert, USQ ehtiyatda olan polkovniki Oleq Jdanov belə hesab edir. “Rusiya imperiyadır, o, başqa cür yaşaya bilmir: onlar üçün fərqi yoxdur ki, nə qədər insan həlak olur”, - Jdanov deyir.

Jdanovun «FREEDOM» telemarafonunun efirindən verdiyi insayder informasiyasına görə, Rusiyanın Ukraynaya qarşı müharibəsinin başlanmasından bir həftə sonra Şoyqu Putinə hesabat verməyə cəhd göstərib ki, Rusiyanın müharibədəki itkisi 7 və ya 9 min nəfər təşkil edib. Buna cavab olaraq Kreml diktatoru deyib: «30-50 min itki deyil və qələbənin qiyməti bu rəqəmləri xeyli üstələyir».

Sonra isə, Jdanovun sözlərinə görə, Putinin mülki əhali arasında itkiləri hesablamamaq barədə bəyanatı olub və ordu Ukrayna şəhərlərini və yaşayış məntəqələrini aktiv atəşə tutmağa başlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru