"İçim ağlaya-ağlaya gülməyi ondan öyrəndim" - Faiq Ağayev

11-09-2022, 12:38           
"İçim ağlaya-ağlaya gülməyi ondan öyrəndim" - Faiq Ağayev
"Xoşbəxt insanam ki, Yaşar Nuri kimi dahi aktyorun tələbəsi olmuşam. Onu pərişan, neqativə köklənmiş görmədim. Hətta vəfatından bir neçə gün öncə görüşmüşdük. Onda belə həm davranışında, həm də danışığında çox böyük nikbinlik var idi".

Teref.az "axşam.az"a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Faiq Ağayev “O üz” verilişində mərhum Xalq artisti Yaşar Nuri haqda danışarkən deyib.

Sənətçi aktyorun bəzi danışıqlarının ona atasını xatırlatdığını bildirib:

Heç vaxt dünyanın çətinliklərinə boyun əymirdi. Sözün həm hərfi, həm də məcazi mənasında dik duruşu var idi. Məni həmişə soyadımla çağırardı. "Ağayev, televizoru, radionu yandırıram elə sənsən. Soyuducuya qorxa-qorxa yaxınlaşıram".

Yaşar müəllimin bəzi xasiyyəti və danışıqları mənə atamı xatırladırdı. Xəstəliyə təslim olmurdu, döyüşürdü. Təbii ki, pis olurdum, amma özü nikbin idi deyə, gülümsəyirdi. Onda Yaşar müəllimin öyrətdikləri kömək etdi. Karıma gəldi ki, içim ağlaya-ağlaya üzüm gülsün.

Mənim üçün aktyorluq sənətində Azərbaycanın günəşi idi. Ailəsiylə əlaqə saxlayırıq. Doğmamı itirdim, içim sındı. Ustad, əminəm ki, yerin rahatdır. Allahın sevimli bəndələrindən biri idin. Görüşənədək ustad, gəlib əlindən öpəcəm".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.