Azər Rəşidoğlu: “Üzr videosu” ilə əslində oyunu Rusiyanın agenturası oynadı
16-09-2022, 22:55
“Komando Rusiyanın təsir agentlərindən təmizlənmiş, NATO və Türkiyənin nüfuz etdiyi qrup kimi tanınırdı. “Üzr videosu” ilə əslində oyunu Rusiyanın agenturası oynadı. Məsələ şişdi. Komando-da rüşvət qalmaqalına ilk reaksiyalar zəif idi, amma üzr videosu zəlzələ effekti yaratdı…”
Bunu tanınmiş jurnalist Azər Rəşidoğlu özünün feysbuk səhifəsində yazıb. Jurnalist bunu edənlərin kimliyinin araşdırılmasını istəyir:
“Bunu edənlərin kimliyi araşdırılmalıdır. Eynulla bu oyunda sıradan biridir, heç fiqur belə deyil. İkinci sual odur ki, döyüşlərin getdiyi bir vaxtda “üzr videosu”nu kim yaydı və məqsədi nə idi?
P.S. 6 min söhbətinə inanıram, düşünürəm ki, bunu edənlər də elə həmin təsir agentləri olub və Komando-ya sızıblar. Onlar tapılmalı və cəzalandırılmalıdrlar. Səbuhinin qardaşını üzr istəməyə vadar edənləri də ciddi cəzalandırmaq lazımdır…”