Rusiya məğlub olur? Özünüzü aldatmayın - Almaniya

17-09-2022, 11:28           
Rusiya məğlub olur? Özünüzü aldatmayın - Almaniya
Rusiya ordusu Ukraynada xeyli itki verib və Kiyevin son əks-hücum əməliyyatının nəticələri Moskvanın hərbi ehtiyatlarının düşünüləndən də az olduğunu göstərə bilər.

Axar.az xəbər verir ki, bunu Almaniya müdafiə naziri Kristin Lambrext deyib.

“Rusiya ordusu indi xeyli itki verib - həm şəxsi heyət, həm də texnika baxımından. Rusiya qüvvələrinin qeyri-məhdud hərbi sərvətlərə malik olması fikri doğru deyil”, - nazir bildirib.

O, həmçinin qeyd edib ki, Rusiya çoxlu texnikanı təmir etməlidir və onun üçün kifayət sayda yeni hərbi birləşmələr cəlb etmək də çətindir:

"Rusiya ordusunun ehtiyatlarının faktiki olaraq nə qədər qaldığını görmək çox maraqlı olacaq. Hesab edirəm ki, bu, ilkin olaraq düşündüyümüzdən xeyli azdır. Bununla belə, özünüzü aldatmayın: Rusiya məğlub olmaqdan çox uzaqdır və hələ də müxtəlif hərbi seçimlərə malikdir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru