Mer: "İrpen azərbaycanlıları mənimlə çiyin-çiyinə döyüşüblər"

20-09-2022, 11:23           
Mer: "İrpen azərbaycanlıları mənimlə çiyin-çiyinə döyüşüblər"
"İrpen şəhərindən olan azərbaycanlılar şəhərimizin müdafiəsində iştirak edib və burada mənimlə çiyin-çiyinə döyüşüblər".

Bunu "Report"un Şərqi Avropa bürosuna açıqlamasında, Ukraynanın İrpen şəhərinin meri Oleksandr Markuşin bildirib.

"Müharibə dövründə Azərbaycan tərəfi bizə böyük humanitar dəstək göstərdi. Bununla Azərbaycan təkcə Ukraynanın deyil, həm də “qəhrəman şəhər” İrpenin böyük dostu olduğunu göstərib", - o qedy edib.

Mer vurğulayıb ki, Azərbaycan Ukraynaya mərkəzləşdirilmiş şəkildə yardım göstərib:

"Siz Ukraynamızın, şəhərimizin həqiqi dostusunuz. Azərbaycan Ukraynaya mərkəzləşdirilmiş şəkildə yardım göstərib. Bundan başqa, İrpen şəhərindən olan azərbaycanlılar şəhərimizin müdafiəsində iştirak edib və burada mənimlə çiyin-çiyinə döyüşüblər. Humanitar yardıma gəlincə, yardım mərkəzləşdirilmiş şəkildə Kiyevə çatdırılıb. Daha sonra humanitar yardım köməyə daha çox ehtiyacı olan şəhərlərə göndərilib. Buna görə də minnətdarıq. O vaxt bizim humanitar yardıma çox ehtiyacımız var idi. İrpendə hərbi əməliyyatlar başa çatdıqdan sonra bizə humanitar yardım göstərilib", - o əlavə edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.