Namiq Qaraçuxurlu: "O torpaqlarda şou göstərmək, selfi etmək hələ tezdir" — VİDEO/FOTO

20-09-2022, 11:26           
Namiq Qaraçuxurlu:
"İşğaldan azad olunan torpaqlarımıza bir dəfə də olsa səfər etməmişəm. Tədbirlərə, çəkilişlərə dəvət ediblər, amma qəribədir, ora gedə bilməmişəm. Elə düşünürəm ki, o torpaqlara getməyə haqqım yoxdur".

Demokrat.az xəbər verir ki, bu sözləri bir müddət əvvəl BAKU TV-nin "O kimdir?" verilişinə qonaq olan meyxanaçı Namiq Qaraçuxurlu deyib.

Sənətçi həmin müsahibənin görüntülərini sosial şəbəkədə yenidən yayımlayaraq erməni təxribatı nəticəsində ölkəmizdə yaşananlara münasibət bildirib.

Meyxanaçı baş verən hadisələrin fonunda şəhidlərimizin canı-qanı bahasına azad olunan torpaqlarda özünü reklam edən həmkarlarını qınayıb:

"Son zamanlar baş verənlər bir daha göstərdi ki, siyasi baxımdan vacib deyilsə, O torpaqlarda şou göstərmək, selfi etmək və s. hələ tezdir. Bəzi tədbirlər beynəlxalq aləm üçün vacibdir, məcburuq. Bəzilərinə isə lüzum yoxdur. Əksinə, bu, həssas insanları qıcıqlandırmaqdan başqa bir şey deyil".

Daha sonra meyxanaçı paylaşımında Allahdan şəhid ailələrinə səbir, yaralı hərbçilərimizə isə şəfa diləyib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru