“Xalq haqqını tələb etməsə, sabah hamını ayaqlayacaqlar” - Xalq şairi

23-09-2022, 18:47           
“Xalq haqqını tələb etməsə, sabah hamını ayaqlayacaqlar” - Xalq şairi
“İranda baş verənlərdən hamının xəbəri var, orada polis azğınlığı olub və etiraz edilir. Bu artıq cəhalətdir. Polis dövlət orqanıdır, polisdə, hərbçidə də cəhalət olursa, artıq bu ağır məsələdir”.

TEREF.AZ xəbər verir ki, bu sözləri Yenisabah.az-a Xalq şairi Vahid Əziz İrandakı etirazlarla bağlı danışarkən deyib.

O, İranda baş verənləri cəhalətlə əlaqələndirib:

“Cəhalət var, ona görə də bu cür hadisələr baş verir. Rejim dəyişikliyi isə İran xalqının öz işidir. Xalq özü bilər istəyər rejimi yıxar, istəyər saxlayar. Düzdür, bəzən ölkədəki qarışıqlığı xarici qüvvələr edirlər, amma mən düşünmürəm ki, indiki məsələlərdə Amerikanın əli var. Amerika İranı çoxdan hərləyir ki, bir şey edə, 30 il bundan qabaq şah rejimini devirdilər, Xomeyni rejimini gətirdilər. İndi də çox güman ki, millət də bezib. Bu isə İran xalqının öz işidir, hansı rejimi istəsələr orada yaşayacaqlar. Buna biz qarışa bilmərik”.

V.Əziz etirazları alqışladığını bildirib:

“Bu etirazları yüksək qiymətləndirirəm. Qadınlar hüquqlarını tələb edirlər. Hər bir insan öz hüququnu tələb eləməyi bacarmalıdır. Onların da tələbini alqışlayıram, çünki xalq haqqını tələb eləməsə, bu hadisə bir daha baş verəcək, sabah hamını ayaqlayacaqlar”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.