Sui-qəsddə bir gözünü itirən Rüşdi ilk dəfə tədbirdə: "Mən kişilik göstərə bilmədim"
20-05-2023, 10:24
Həyatına sui-qəsddən bir il keçməmiş yazıçı Salman Rüşdi cümə axşamı mükafatlandırma mərasimində nadir hallarda ictimaiyyət qarşısında çıxış edərək ABŞ-da söz azadlığını məhdudlaşdıran kitab qadağalarının və bununla bağlı addımların təhlükələri barədə xəbərdarlıq edib.
Bu barədə CNN yazıb.
"Kitablara hücum, tədrisə hücum, kitabxanalara hücum - bunu necə deyim - Floridada heç vaxt bu qədər təhlükəli olmamışdı, mübarizə aparmaq heç vaxt bu qədər vacib olmamışdı", - yazıçı deyib.
Rüşdi Nyu Yorkda PEN Amerika Qalasında çıxış edərək, ədəbi və söz azadlığını müdafiə edən qrupu irq və gender kimliyi ilə bağlı ədəbiyyatı qadağan etmək istəyən siyasətçilərin və yerli məmurların qarşısını almaq üçün göstərdiyi son səylərinə görə tərifləyib.
PEN America naşir Penguin Random House və bir neçə valideyn və müəlliflə birlikdə çərşənbə günü Florida ştatının Escambia County School District tərəfindən irq və LGBTQ problemlərinə dair bəzi kitabların məktəb kitabxanalarından çıxarılmasına etiraz edərək məhkəməyə müraciət edib.
"Dünən PEN America-nın naşirim Penguin Random House ilə birlikdə Floridada məhkəməyə müraciət edərək bu addımı atdığını eşitməkdən çox qürurlandım", - Rüşdi deyib.
"Bu, çox vacibdir və ümid edək ki, qalib gələcəyik. Qələbə qazanmalıyıq”, - deyə o bildirib.
Tədbirdə Rüşdi avqust ayında Nyu Yorkdakı Chautauqua İnstitutunda planlaşdırılan mühazirədən əvvəl bir neçə bıçaq zərbəsi aldıqdan sonra "köməyinə gələn və həyatını xilas edənlər adından" Söz Azadlığı Cəsarət Mükafatını alıb.
Rüşdi — 1988-ci ildə yazılmış, bəzi müsəlmanların fikrincə, İslama küfr sayılan və iranlı Ayətullah Xomeynini Rüşdi və başqalarının öldürülməsi ilə bağlı verdiyi qərara səbəb olan "Şeytan ayələri" romanının müəllifi - təcili əməliyyat keçirib və nəticədə bir gözü görmə qabiliyyətini itirib.
"Mən əsl kişilik göstərə bilmədim" deyən Rüşdi həyatını xilas etməyə tələsən insanların "qəhrəman olduğunu" söyləyib.
"Mən onların adlarını bilmirəm, heç vaxt üzlərini görməmişəm, amma həyatımı o insanlara", - Rüşdi deyib.
Rüşdi səhnəyə daxil olduqdan sonra gələn alqış fırtınasına zarafatla cavab verib: "Geri qayıtmaq qayıtmamaqdan gözəldir, o da bir seçim idi. Sevinirəm ki, taleyimin zəri belə düşüb”.
Özü də təşkilatın keçmiş prezidenti olan Rüşdi cümə axşamı həmçinin digər PEN mükafatı laureatı, hazırda İran hökuməti tərəfindən həbsdə olan hüquq müdafiəçisi Nərgiz Məhəmmədiyə təşəkkür edib.
"Bu gecə biz bir İran yazıçısının cəsarətini etiraf edirik və biz bunu dünyanın müxtəlif yerindən olan yazıçılarla birlikdə təkrar-təkrar dilə gətirmişik. Amma indi biz bu ölkədə problemlə üzləşmişik. Və PEN başqa ölkələrdə etdiyimiz kimi bu problemlə üz-üzə dayanmalıdır", - o deyib.
PEN America-nın baş direktoru Suzan Nossel qala-gecədən sonra CNN-ə bildirib ki, Rüşdinin çıxışı "bütün tərəfdarlarımız və və bütün dünyada söz azadlığının müdafiəçiləri üçün son dərəcə güclü məqam oldu”.
Mənbə: Qaynarinfo.az