Kreml sülh razılaşmasını necə bloklayır? – Moskvanın ilginc planı

20-05-2023, 10:15           
Kreml sülh razılaşmasını necə bloklayır? –
Milli Cəbhə Partiyasının sədri, millət vəkili Razi Nurullayev Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Razi bəy, Avropa İttifaqı, ABŞ və Rusiya bir-birinin vasitəçiliyinə qısqanclıqla yanaşır. Sizcə, burada hansı tərəf sülhün əldə olunmasında daha səmimidir?

- Bu gün səmimi olaraq Azərbaycanla Ermənistan arasında münasibətlərinin tənzimlənmməsində yüz faiz tərəfsiz ölkə yoxdur. Burada hər kəs öz maraqlarını təmin etmək istəyir. Burada və Qarabağda maraqları olmasa da cəlb olunan tərəflərin Azərbaycanla və yaxud Ermənistanla bağlı planları mövcuddur. Burada tərəflərin birini xüsusən də Ermənistanı razı salmaq üçün müxtəlif oyunlar oynanılır. Bu ABŞ-a, Fransaya, Rusiyaya aid olan məsələdir. Hətta Avropa İttifaqı da burada maraqlı tərəf kimi çıxış edir.

- Belə olduğu halda Azərbaycan daha çox kimin vasitəçiliyinə etibar etməlidir?

- Azərbaycanın bu məsələlərdə tutmuş olduğu mövqe alqışa layiqdir. Ölkəmiz 30 ildə qazanmış olduğu təcrübədən yararlanaraq heç bir tərəfə etibar etmir. Bu əslində düzgün yanaşmadır. Çünki Azərbaycan öz reallığını həll etmək üçün çalışır. Başqa ölkələr də Azərbaycanın bu mövqeyindən narahat olur. Ona görə də, prosesi mümkün qədər sağa-sola çəkirlər. Sadəcə olaraq reallıq onu gəstərir ki, bütün tərəflər Azərbaycanın mövqeyini zəiflətmək üçün çalışır. Beləliklə də Azərbaycana mümkün qədər təzyiq edib onu öz mövqeyindən bir addım da olsa geri çəkməklə Ermənistanın əlini gücləndirmək yolunu tutmaq istəyirlər. Bütün bunlara qarşı isə Azərbaycan həm ordu quruculuğuna fikir verir və Qarabağa olan diqqətini daha da gücləndirir. Eyni zamanda qarşı tərəfi sülhə vadar etmək üçün addımlar atır. Bununla da ölkəmiz öz bildiyi doğruları icra edir. Bu da qəbul edilən, başa düşülən bir haldır.

- Xarici İşlər nazirlərinin ardınca Azərbaycan Prezidenti, Rusiya prezidentinin iştirakı ilə Ermənistanın baş naziri arasında Moskvada görüşün olacağı planlaşdırılır. Bu görüşdən hansı gözləntilər var?

- Hal-hazırda Azərbaycanla Ermənistan arasında razılaşdırılmayan məsələlər mövcuddur. Ümumilikdə hər iki ölkə bir-birinin ərazi bütövlüyünü tanıdğını bəyan edib. Amma burada tərəflərin ölkə sərhədlərini necə müəyyənləşdirməsi, hansı çərçivədə, xəritə ilə bunun dəqiqləşməsinin aparılacağı məsələləri açıq qaldığına görə prosesdə ləngimələr yaranır. Bununla yanaşı Ermənistanın mövqeyindəki laxlamalara görə, prosesdə heç bir irəliləyişə nail olunmur. Belə olan halda yaxın zamanlarda Azərbaycanla Ermənistan arasında hansısa bir çərçivə sülh sazişinin imzalanacağı inandırıcı görünmür. Çünki Azərbaycan buna hazır olsa da erməni tərəfi buna hazır deyil.

- Ermənistanın iddia etdiyi şərtlər nədən ibarətdir?

- Ermənistanın Azərbaycan tərəfindən qəbul olunmayan tələbləri var. Bu da şərti Azərbaycan-Ermənistan səhəddindəki dəqiqləşmələrlə bağlıdır. Hansı ki, belə bir fakt mövcud deyil. Eyni zamanda Ermənistanın bu məsələ ilə bağlı iddia ilə çıxış etməyə haqqı da yoxdur. Çünki iki ölkə arasındakı sərhədlər hələ tam dəqiqləşməyib.

- Nikol Paşinyanın sülh sənədinə imza atmaqdan yayındıran başqa hansı səbəblər var?

- Fakt doru ki, bu gün N.Paşinyan sülh sənədini imzalamaqdan boyun qaçırır. Çünki o özünə qarşı separatçılar və erməni müxalifətinin mümkün təzyiqlərindən qorxur. O düşünür ki, sülh müqaviləsi imzalayıb Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanıdığını bəyan edər səndə imza atsa onun hakimiyyətini devirəcəklər. Oan görə də, N.Paşinyan elə bir sülh variantı axtarır ki, onun içərisində Qarabağ sözü və oradakı ermənilərin hüquqları və yaxud müqəddəratı ilə bağlı fikirlər yer alsın. Azərbaycan isə buna heç bir halda razı olmayacaq.

- Kremlin mümkün sülhün əldə edilməsinə münasibəti necədir? Rəsmi Moskva Ermənistan hakimiyyətinə bu məsələdə daha çox hansı rakurslardan təsir edə bilir?

- Görünən odurki, N.Paşinyanın fikirlərinə rəsmi Kremldən ciddi müqavimət var. Onlar N.Paşinyanın Vaşinqton və Brüsseldə əldə edilən kiçik razılaşmalarla bağlı mövqeyinə belə təsir etmək istəyir. Rusiya Kremldən kənar əldə edilən bütün razılaşmaları heç bir halda qəbul etmir. Ona görə də, Moskva Vaşinqton, Brüssel və digər müstəvilərdə əldə edilən müsbət nəticələri mümkün qədər sıfırlamağa çalışır. Bu baxımdan da Moskvanın vasitəçiliyi ilə hansısa bir razılaşmaların əldə olunacağına inam azdır.

- Brüssel görüşündən sonra anklavlarla bağlı məsələlər gündəmə gəldi. Bununla bağlı tərəflərin fərqli yanaşmaları var. Bu məsələ hansı şərtlər və dövrün reallıqlarına uyğun həll olunacaq?

- Azərbaycanla Ermənistan arasında mümkün çərçivə sülh müqaviləsinin imzalanmasını əngəlləyən səbəblərdən bir də anklavlar məsələsidir. Fakt isə odur ki, Qazağın 7-i, Naxçıvanın 1 kəndi hələ də Ermənistanın işğalı altındadır. Bunlar mütləq şəkildə Azərbaycana qaytarılmalıdır. Ermənistan isə qarşılıqlı olaraq Azərbaycanda anklav ərazilərinin olduğunu iddia edir. Ona görə də, burada tərəflərin məsələlər ətrafında konkret razılıq əldə etməsi heç də bir-iki ayın işi deyil. Ümumiyyətlə bu kimi məsələlər Azərbaycanda yaşayan ermənilər və Ermənistanda yaşayacaq azərbaycanlılar kontekstində həll edilməlidir. Əldə ediləcək sülh sənədində bu məsələlər öz əksini tapacaqsa, anklav məsələlərinə də aydınlıq gətiriləcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.