Qarabağ məsələsi bağlandı: Bakı müttəfiqimiz olur - Matevosyan

22-05-2023, 18:39           
Qarabağ məsələsi bağlandı: Bakı müttəfiqimiz olur - Matevosyan
Paşinyan ardıcıl keçirtdiyi 3 mətbuat konfransını Qarabağın yox, Ermənistanın taleyinə həsr edib. O, sonuncu konfransda bəyan etdi ki, 86,6 min kvadratkilometr daxilində Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Yəni Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyırıq. Lakin bu mətbuat konfransı bu bəyanat üçün deyil, Ermənistanın de-yure KTMT-dən çıxa biləcəyini bəyan etmək üçün çağırılıb.

Teref.az axar.az-a istinadla xəbər verir ki, bunu erməni politoloq Benyamin Matevosyan deyib.

“Paşinyan oktyabrın 6-da Praqada dördtərəfli formatda (Paşinyan - Əliyev - Makron - Mişel) görüş zamanı Qarabağla bağlı məsələni özü üçün bağlayıb. O, məhz həmin zaman bağlı qapılar arxasında danışdığını bu gün kameralar önündə dedi. Nikol rəsmi Bakının Qarabağ üzərində suverenliyini tanıdı. Konfrans yalnız Paşinyanın tarixi stereotiplərdən əl çəkərək KTMT-dən çıxması, 102-ci hərbi bazanın ləğv ediləcəyi və rus sülhməramlılarının Qarabağdan çıxarılması üçün əlindən gələni edəcəyi ilə bağlı idi. Biz unikal tarixi eksperimentin şahidi oluruq ki, bir şəxs öz təhlükəsizliyini təmin etmək, potensial olaraq gücünü bərpa etmək üçün “ya mən Baş nazir olacağam, ya da Ermənistan olmayacaq” düsturunu rəhbər tutur. Soruşsanız: o, doğrudanmı bunu başa düşmür? Cavab aydındır - başa düşür! Lakin onun hərəkətləri aşağıdakı amillə bağlıdır: Məhz buna görə bütün kollektiv Qərb Paşinyanın 2018-ci ildə Cənubi Qafqazda fəaliyyət göstərən təhlükəsizlik arxitekturasını öz əli ilə məhv etmək üçün onun “Gümrüdən İrəvana yürüşünü” dəstəklədi. Üstəlik, bu funksiyanı yerinə yetirmək üçün ona "yeni Tixanovskaya" statusu verməyə hazırdırlar, yəni təhlükəsizliyi və xaricdə yaşamağı təmin etməyi”, - o bildirib.

Erməni politoloq Paşinyanın “ölkəmiz regionda təhlükəsizlik axtarışındadır” dediyi bəyanatını də izah edib:

“O, həmçinin iqtisadi əlaqələri gücləndirmək və hətta regionda kollektiv təhlükəsizliyi təmin etməyə də toxunub. Bu da öz növbəsində o deməkdir ki, İran və Rusiya bundan sonra Ermənistanın düşməninə, Türkiyə və Azərbaycan isə kollektiv regional təhlükəsizlik sistemi çərçivəsində strateji tərəfdaşa çevrilməlidir”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.