Deputatdan “Məşədi Dadaş” məscidi haqda şok sözlər – “Kasetlər Tehrana göndərilirdi” – VİDEO

24-05-2023, 00:15           
Deputatdan “Məşədi Dadaş” məscidi haqda şok sözlər –
“2006-cı ildə Nəsimi rayon icra hakimiyyətinin başçısı vəzifəsində çalışırdım və Məşədi Dadaş məscidindən çox ciddi siqnallar gəlirdi. O zaman biz dini icmanı ləğv etdik. Hər cümə günü xütbədə çox ciddi İranyönümlü təbliğat aparılırdı”.

Globalinfo.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Nəsib Məhəməliyev Reaksiya TV-də çıxışı zamanı deyib.

Millət vəkili deyib ki, bu gün elan olunan “Kərimə” dövləti haqda o vaxt da danışılırdı:

“Hər cümə namazından sonra xütbələr kasetə çəkilir, görüntülər Tehrana göndərilirdi. Sonralar “Məşədi Dadaş” məscidi cüzi də olsa korrektələr elədi, amma həmin siyasət davam etdirildi. Bu gün də tam məsuliyyətlə deyirəm ki, İranın təsiri o sahə üzrə hələ də davam edir”.

Deputatın bir fikri isə ciddi ictimai diqqət çəkib.

Sitat: “Allah dünyasını dəyişənlərə rəhmət eləsin, bəzi səbəblərdən onları bütləşdirirlər. Amma reallıqda sırf İran xətti davam edir. Bir çoxlarının xoşuna gəlməyə bilər, lakin minlərlə insanların, gənclərin beyni yuyulub”.

Bəzi iddialara görə Nəsib Məhməliyev bu sözlərində Hacı Şahin Həsənlini nəzərdə tutub. Deputatın özü bununla bağlı əlavə açıqlama versə, çap etməyə hazırıq. Videonun davamını buradan izləyə bilərsiniz:













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.