“Son 2-3 ili bloklarda yatırdım, sözün əsl mənasında “bomj” olmuşdum” – 17 İL NARKOTİK İSTİFADƏ EDƏN YUNİS MƏHƏRRƏMOVUN HƏYAT HEKAYƏSİ
26-05-2023, 14:04
“İndi mənim üçün ermənidən sonrakı düşmən narkotikdir...”
Bakı şəhər sakini Məhərrəmov Yunus Allahyar oğlu narkotik maddə istifadəsinə 15 yaşından başlayıb. 18 yaşında isə, ilk dəfə tanıdığı qızla birgə iynə vurub və elə həmin vaxtdan aktiv narkotik asılısına çevrilib. Dediyinə görə, uzun illər “ağ ölüm”dən xilas olmağa çalışsa da, bunu bacarmayıb.
Narkotikin onun 17 ilini aldığını deyən Yunis Məhərrəmov bir neçə aydır ki, “ayıq”, yəni narkotik bəlasından xilas olduğunu deyir. Stopnarkotik.az saytının əməkdaşı onunla “Azad Həyat” Reablitasiya Mərkəzində söhbətləşib.