“İyunun 1-də Kişinyovda sülh sazişi imzalanacağına ümidim yoxdur. Çünki hələ..."

29-05-2023, 12:37           
“İyunun 1-də Kişinyovda sülh sazişi imzalanacağına ümidim yoxdur. Çünki hələ..."
“Bununla belə, düşünürəm ki, Moldova paytaxtında sülh sazişi imzalanmasa da, hansısa müsbət addımlar atıla bilər...”

“Əvvəla, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanın Rusiya prezidenti Vladimir Putinin vasitəçiliyi ilə son Moskva görüşündən sülh prosesinin sonrakı mərhələləri üçün hansısa faydalı bir nəticə olacağına inanmıram”.

Bunu Moderator.az-a açıqlamasında beynəlxalq məsələlər üzrə analitik, İstanbul universitetinin doktorantı Teymur Qasımlı söyləyib.

“Ümumiyyətlə, Moskvanın moderatorluğuyla keçirilən heç bir görüşdən Azərbaycan üçün heç bir müsbət və ədalətli nəticə gözləməyə dəyməz. Amma Qərbin, ABŞ-ın Avropa Birliyinin vasitəçiliyi ilə aparılan görüş və danışıqlardan nəsə fayda gözləmək mümkündür. Çünki bizim gördüyümüzə görə, onlar Kreml kimi yalnız öz şərtlərini diqtə etmirlər və hər iki tərəfin tezliklə sülh sazişi imzalamasına tərəfdar olduqlarına bildirirlər”- deyə açıqlamasının davamında siyasi şərhçi bildirib.

“İndi, bundan əvvəl tərəflərin Brüsseldəki görüşündə ümumi uğurların əldə olunduğu deyilir. Orada Azərbaycan və Ermənistan rəhbərləri qarşılıqlı olaraq bir-birinin ərazi bütövlüyünü tanıdıqlarını ifadə ediblər. Moskvada isə bəzi məqamlarla bağlı mübahisələr oldu və Paşinyan bəzi sözlərinin cavabını aldı. Bu və ya digər baxımdan iyunun 1-də Kişinyovda Avropa Birliyinin moderatorluğuyla gözlənilən danışıqlar zamanı sülh sazişi imzalanacağına ümidim yoxdur. Çünki hələ Azərbaycanla Ermənistan arasında həll olunmamış bir çox məsələlər var. Amma bununla belə, düşünürəm ki, Moldova paytaxtında sülh sazişi imzalanmasa da, hansısa müsbət addımlar atıla bilər”- deyə analitik vurğulayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.