Rus səfirdən ermənilərə xəbərdarlıq: Ukraynaya baxın! - AÇIQ HƏDƏ...

10-06-2023, 09:49           
Rus səfirdən ermənilərə xəbərdarlıq: Ukraynaya baxın! - AÇIQ HƏDƏ...
Rusiya sülhməramlılarının Qarabağda alternativi bugünkü gündə yoxdur.

TEREF.AZ axar.az-a istinadla xəbər verir ki, bu sözləri Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin erməni mediasına müsahibəsində deyib.

O bildirib ki, Rusiya sülhməramlıları, tənqidlərə baxmayaraq, öz vəzifələrini yerinə yetirirlər:

“Söhbət təhlükəsizliyin təmini, Qarabağda erməni sakinlərin yaşamına şərait yaratmaq, genişmiqyaslı eskalasiyanın qarşısını almaqdan gedir. Bu rol icra edilir. Və mən Qarabağda bu rolu əvəz edəcək başqa qüvvə görmürəm”.

Kopırkin qeyd edib ki, gələcəkdən danışırıqsa, o zaman bəzi qüvvələrin yeridilməsi üçün bütün tərəflərin razılığı lazımdır:

“Bundan əlavə, mövcud təcrübəni nəzərə alaraq, müxtəlif beynəlxalq və digər strukturların sülhməramlı imkanları ilə bağlı eyforiyaya qapılmaq olmaz. Xüsusilə, Ukrayna, Yuqoslaviya təcrübəsi var”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru