SSRİ bu anklav-filanları nə məqsədlə yaradırdı? Çox vacib idimi?..”- Ekspertdən cavab...

10-06-2023, 13:56           
SSRİ bu anklav-filanları nə məqsədlə yaradırdı? Çox vacib idimi?..”-
“Respublikalar bilərəkdən bir-birinə möhtac vəziyyətə salınırdı. Və onlar arasındakı problemlərin həlli yalnız Moskvanın, Kremlin qərarından asılı olurdu...”

“Ermənistanın, o cümlədən baş nazir Nikol Paşinyanın sərhədlərin bu xəritələr əsasında müəyyənləşdirilməsində israr etməsi məhz həmin xəritələrdə daha çox Ermənistan ərazisinin guya Azərbaycanın nəzarətində olmasıyla əsaslandırılır...”

Bu gun Azərbaycan və Ermənistan arasında sülh yaranması prosesində əngəl olan məsələlərdən biri də anklavlar, yaxud eksklavlar məsələsidir. Bəs sovet dövründə bu cür ərazilər niyə, nə məqsədlə yaradılıb? Çox vacib idimi anklavların yaradılması?..

Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən hərbi ekspert Ədalət Verdiyev bu fikirləri ifadə edib:

“Sovetlər dövründə eksklav və anklavların yaradılması guya respublikalar arasında gələcəkdə mövcud ola biləcək münaqişələrin miqyasını azaltmaq məqsədilə atılan addımlardan biri idi. Bu addımlar bu və ya digər şəkildə SSRİ-yə daxil olan respublikaların bir-birindən asılı vəziyyətə salırdı. Və həmin bağlılıq yalnız etnik məsələlərdə deyil, iqtisadi, sənaye məsələlərində də özünü göstərirdi. Respublikalar bilərəkdən bir-birinə möhtac vəziyyətə salınırdı. Və onlar arasındakı problemlərin həlli yalnız Moskvanın, Kremlin qərarından asılı olurdu...

Onu da qeyd edim ki, Azərbaycan Respublikasının hazırda Ermənistan işğalı altında olan eksklav 8 kəndinin və digər ərazilərinin sahəsi təxminən 125-140 kvadrat kilometrdir. Bu, onların müxtəlif illərdə dərc olunan xəritələrdə fərqli konturlara malik olmasıyla əlaqələndirilir” .

“Bəs əgər sovet dövründə həmin kəndlər rəsmən Azərbaycan ərazisinə aid olubsa, onda onların qaytarılması ilə bağlı problem nədədir?” sualını isə ekspert belə cavablandırıb:

“Ermənistanın işğalı altında olan Azərbaycan kəndlərinin qaytarılmasındakı problem 1975-ci il xəritələrinə əsasən bizim ərazidə də anklav kimi Ermənistan kəndlərinin qaytarılmasıyla bağlıdır. Və Ermənistanın, o cümlədən baş nazir Nikol Paşinyanın sərhədlərin bu xəritələr əsasında müəyyənləşdirilməsində israr etməsi məhz həmin xəritələrdə daha çox Ermənistan ərazisinin guya Azərbaycanın nəzarətində olmasıyla əsaslandırılır”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.