“Ukraynanın əks-hücumu Moskvanı danışıqlara vadar edə bilər” - Blinken

14-06-2023, 08:44           
“Ukraynanın əks-hücumu Moskvanı danışıqlara vadar edə bilər” - Blinken
ABŞ hələ də Rusiyanın ədalətli və davamlı sülhün bərqərar olması istiqamətində işləməyə hazır olduğunu görmür.

Bunu ABŞ dövlət katibi Entoni Blinken İtaliyanın xarici işlər naziri Antonio Tajani ilə keçirdiyi birgə brifinq zamanı deyib.

Blinken qeyd edib ki, əks-hücum sülhü uzaqlaşdırmağa yox, yaxınlaşdımağa kömək edə bilər:“Ukraynanın əks-hücum əməliyyatındakı uğuru bu iki şeyi - danışıqlar masasında Ukraynanın mövqeyini möhkəmlədə, həmçinn Putini nəhayət, başladığı müharibəni bitirmək üçün danışıqlara fokuslanmağa vadar edə bilər”.

Dövlət katibi həmçinin vurğulayıb ki, Birləşmiş Ştatlar döyüş meydanında uğur əldə etmək üçün Ukraynaya dəstəyini davam etdirməkdə qətiyyətlidir:“Bizim Ukraynaya davamlı dəstəyimiz çox vacibdir. Bu müdətdə Ukrayna öz ordusunü gücləndirir ki, gələcəkdə Rusiya yenindən təcavüzə cəhd etsə, onun qarşısını ala bilsin və lazım gələrsə, özünü effektiv şəkildə müdafiə etsin”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru