Quru sərhədlər bu şərtlə açıla bilər — İyulun 1-dən...

20-06-2023, 00:07           
Quru sərhədlər bu şərtlə açıla bilər — İyulun 1-dən...
Azərbaycanın qonşu dövlətlərlə quru sərhəddinin açılacağı ilə bağlı məsələ uzun müddətdir müzakirə olunur. Yeni iddialara görə isə sərhədlərin iyulun 1-dən açılacağı gözlənilir.

Belə ki, pandemiyanın dünya üzrə bitdiyi açıqlansa da, bu səbəbdən bağlanan sərhədlərimiz hələ ki açılmayıb.

Milli Məclisin deputatı Vahid Əhmədov “Ölkə.Az” açıqlamasında bildirdi ki, sərhədlərin açılması çox vacibdir:

“Əhalinin gediş-gəlişi ilə bağlı çox ciddi problemlər yaşanır. Lakin hökuməti də başa düşmək lazımdır. Bölgədə, qonşu dövlətlərdə yaşananlar, onlarla sərhəddə baş verən ciddi problemlər bunu deməyə əsas verir. Lakin heç olmazsa, Gürcüstanla sərhədi aça, burada xüsusi nəzarət sistemini və yoxlamanı gücləndirə bilərik. Yəni insanlar vacib işlərində gedib-gəlmək imkanına malik olsunlar”.

Millət vəkili bu məsələ ilə bağlı onlara da çoxlu müraciətlərin daxil olduğunu deyib: “Rusiyadakı problemlər fonunda orada yaşayan həmvətənlilərimiz gəlmək, ailələri ilə görüşmək istəyirlər. Onların hər birinin hava yolu gəlmək imkanı yoxdur. Ona görə də, sərhədlərin açılması çox vacibdir”.

“Bu məsələyə hökumətdə də baxılır. Sərhədlərin mümkün qədər tez açılması həm iqtisadi, həm də sosial baxımdan vacibdir”, - V. Əhmədov əlavə edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.