Nazirdən Söyüdlü sakinləri ilə görüşdə sianid - AÇIQLAMASI

23-06-2023, 08:57           
Nazirdən Söyüdlü sakinləri ilə görüşdə sianid - AÇIQLAMASI
“Biz getdik gölə baxdıq. Özümüzlə həm hava, həm su, həm də torpaq nümunələrinin öyrənilməsi üçün xüsusi maşın da gətirmişik. Bizim xüsusi cihazlarla hava keyfiyyətini yoxladıq, qorxducu amillər yoxdur”.

Bunu Gədəbəyin Söyüdlü kəndindəki vəziyyətin araşdırılması üçün yaradılan Komissiyanın sədri, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev sakinlərlə görüşdə deyib.

“Texniki qazların parametrləri norma çərçivəsindədir. Əsas sizi narahat edən sianidin buxarlanması nəticəsində olan tərkib havada yoxdur. Ona görə xahiş edirəm ki, bunu rahat qəbul edin və bu, sizi həyəcanlandırmasın”.

Nazir əlavə edib ki, ərazidə maarifləndirmə məsələsi çox aşağı səviyyədə olub. O qeyd edib ki, istehlakçılar bölgədə yaşayan əhali ilə sıx əlaqədə olmalı idi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.