"Kimsə elm mərkəzi yaradanda bacısının qızını, əmisinin nəvəsini, qohumlarını yığır ora" - Əhməd Qəşəmoğlu

23-06-2023, 16:21           
"Kimsə elm mərkəzi yaradanda bacısının qızını, əmisinin nəvəsini, qohumlarını yığır ora" - Əhməd Qəşəmoğlu
Statistika Komitəsinin məlumatına görə, ilin ilk 4 ayı ərzində boşanmaların sayında artım müşahidə edilib. Belə ki, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 15065 nikah və 6920 boşanma halları qeydə alınıb və 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 5,6-dan 4,5-ə düşüb, boşanmaların sayı isə 1,5-dən 2,1-ə qədər artıb.
Boşanmalar niyə artır? Bunun qarşısını cəmiyyət olaraq necə ala bilərik?
TEREF.AZ bildirir ki, sosioloq Əhməd Qəşəmoğlu Bizimyol.info xəbər portalına açıqlamasında boşanmalarla bağlı məlumatlar ürək ağrısı doğurur.

“Mən 30 ildir ki, SOS siqnalı çalıram, qışqırıram, bağırıram ki, cəmiyyət günü-gündən mürəkkəbləşir, cəmiyyət günü-gündən həssaslaşır. İndiki zamanda bu prosesləri özbaşına buraxmaq olmaz. Bununla bağlı vacib işlər görmək lazımdır. Bu vacib işləri də mən özümdən uydurmuram, bu vacib işlər cəmiyyətin xüsusiyyətindən doğur”- deyə sosioloq qeyd edib.

Əhməd Qəşəmoğlunun fikrincə, bu məsələləri təhlil edən elmi tədqiqat mərkəzlərimiz olmalıdır. Və bu mərkəzlər ciddi şəkildə fəaliyyət göstərməlidir.

“İndi bir elm mərkəzi yaradanda kimsə öz bacısının qızını, nə bilim əmisinin nəvəsini, qohum-əqrabasını yığır ora, edir mərkəz. Belə olmaz. Ciddi elmi mərkəzlər olmalıdır. Bu məsələlər təhlil olunmalıdır. Cəmiyyətdə baş verən sosial proseslər başlı-başına buraxıla bilməz. Amma biz buraxmışıq. Məmurlar da heç bilmir ki, o elmi metodlar nədən ibarətdir. O elmi metodlar nədə kömək edə bilər.

Biz sosial siyasətimizi, humanitar siyasətimizi sürətlə dəyişməliyik. Humanitar siyasətlə bağlı məşğul olan qurumlarımız var. Mən müşahidə edirəm ki, bu qurumlar özləri bilmir ki, nə iş görmək lazımdır. Bizim təkliflərimizə isə, əhəmiyyət vermirlər. Bax, dəhşətli məsələ ondan ibarətdir”- deyə ekspert əlavə edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.