Ordu “Vaqner”ə atəş açmayacaq: Üsyanın səbəbi... – Markov
24-06-2023, 11:29
Hələlik məlum hadisələrlər bağlı xüsusi efir buraxılışında “Vaqner” düşərgələrinin vurulması haqqında məlumatın yalan olduğunu deyirlər. Onlar yalnız Müdafiə Nazirliyinin əvvəllər dediklərini təkrarlayırlar: “Kiyev rejimi Priqojinin hərəkətlərindən istifadə edir”. Priqojin hərbi qiyamda ittiham olunur. Rusiya Müdafiə Nazirliyi “Vaqner” döyüşçülərinə müraciət edir ki, Priqojinin əmrlərini yerinə yetirməsinlər. Putinə bu barədə məlumat verilib.
Axar.az xəbər verir ki, bu barədə rusiyalı politoloq Sergey Markov deyib.
“Bütün bunlar əvvəllər mediada və Teleqram kanallarında var idi. Amma efirdə xüsusi buraxılış etmək doğru oldu. Hökumət xalqla danışmalıdır. Təcili. Priqojin az öncə elan etdi ki, “Vaqner”in sütunları Rostova daxil olur. Və rus ordusunun çağırışçıları ilə sərhədçiləri geri çəkilir. Priqojinin açıqlamasının tonu çox sərtdir. Gerasimova və Şoyquya qarşı çox kəskindir. Amma Putinə qarşı bir söz və ya eyham yoxdur.
Mən hərbçilərin əhvalını belə başa düşürəm:
1. Hərbçilər hakimiyyətə qarşı hərbi üsyana qarşıdılar.
2. Amma hərbçilər “Vaqner”dən olan qəhrəmanlarına atəş açmayacaqlar.
3. Xüsusi təyinatlılar üçün isə başqa mövqe və ya hal mümkündür.
4. Pilotlar üçün də başqa bir mövqe mümkündür. Onlar koordinatlara uzaqdan raket zərbələri endirirlər.
Bu xoşagəlməz hadisələrin köklü səbəbi odur ki, həm cəmiyyət, həm də ordu güclü Rusiyanın bir il altı aydır niyə qalib gəlmədiyini anlamır. Cəmiyyət və ordu hesab edir ki, uğursuzluğun səbəbi elitanın Rusiya üçün əsl müharibə aparmamasıdır. Çünki onlar Qərblə barışmağa ümid edirlər. Cəmiyyət və ordu düşmənə qalib gəlmək üçün getdikcə daha çox şey tələb edir. Bundan elitaya qarşı güclü hisslər yaranır. Priqojin onları özünəməxsus şəkildə ifadə edir”, - o bildirib.