Ekspert: “Qarabağda qanunsuz hərbi birləşmələrin hələ də qalması ciddi təhlükə mənbəyidir”

28-06-2023, 11:19           
Ekspert: “Qarabağda qanunsuz hərbi birləşmələrin hələ də qalması ciddi təhlükə mənbəyidir”
“Azərbaycanın Qarabağ bölgəsində qanunsuz hərbi birləşmələrin hələ də qalması ciddi təhlükə mənbəyidir”.

“Report”un xəbərinə görə, bunu hərbi ekspert Ədalət Verdiyev deyib.

O qeyd edib ki, erməni silahlı birləşmələrinin təxribatları sülh danışıqlarına xələl gətirmək məqsədi daşıyır:
“Hazırda Vaşinqtonda ABŞ tərəfinin dəstəyi ilə sülh müqaviləsi üzrə danışıqların aparılmasına baxmayaraq, Azərbaycanın Qarabağ bölgəsində olan qanunsuz silahlı birləşmələr növbəti təxribata əl ataraq Azərbaycan Silahlı Qüvvələrinin mövqeyini atəşə tutublar. Nəticədə məlumat verildiyi kimi bir nəfər hərbi qulluqçu yaralanıb. Azərbaycan Silahlı Qüvvələrinin cavab tədbirləri nəticəsində qanunsuz silahlı birləşmənin 5 üzvü məhv edilib. Bu təxribatın törədilməsində məqsəd Vaşinqtonda sülh müqaviləsi üzrə aparılan danışıqlar prosesinə xələl gətirmək idi. Azərbaycanın Qarabağ bölgəsində qanunsuz hərbi birləşmələrin hələ də qalması ciddi təhlükə mənbəyidir. Bu qanunsuz hərbi birləşmələrin tam tərksilah edilməsi labüddir. Azərbaycan ərazisində terror mənbəyi olan bu qanunsuz hərbi birləşmələrin mövcudluğuna yol verilməyəcəkdir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.