Həkimdən cütlüklərə maraqlı məsləhət: “Bal ayı üçün hazırlıq...”
27-01-2024, 10:14
Azərbaycanda tez-tez rast gəlinən problemlərdən biri də diş sağlamlığıdır.
Son zamanlar bu məsələyə diqqət artsa da, stomatoloqlara müraciətdə icbari tibbi sığorta tətbiq edilmədiyindən problemli dişlər mövzusu aktual olaraq qalır. “Cümhuriyət”-in suallarını həkim- stomatoloq Sadiq Həsənov cavablandırıb.
- Sadiq bəy, həkim olaraq bir neçə il öncəsi stomatologiya sahəsi ilə indi arasında hansı fərqləri müşahidə edirsiniz?
- Ötən 10-20 illə müqayisədə, hazırda xeyli fərq var. Öncəliklə onu qeyd etmək lazımdır ki, hazırkı stomatologiya sahəsində xeyli irəliləyiş var. Xüsusilə də, diş lövhəsinin çıxarılması faktiki olaraq ağrısız hala gəlib. Çünki ultrasəs cihazları indi daha yüksək həssaslığa malikdir. Agız boşluqların bağlanması müxtəlif üsülla daha təkmilləşdirib mastiklərdən istifadə etməklə həyata keçirilir ki, bu da dişlərdəki yararsız girintilərini və çıxıntıları maskalamağa və rəngini yaxşılaşdırmağa imkan verir. Eyni zamanda bildirmək istərdim ki, yeni ağardıcı üsullar istifadə olunur. Əgər əvvəllər dişlərin ağardıması qaçılmaz olaraq ağrıya səbəb olurdusa, hazırda soyuq ağartma tətbiq olunur. Bununla nə prosedurlar zamanı, nə də sonra heç bir ağrı olmur.
- Dişlərin müalicəsində “Hollevud gülüşü” yaradan “venerlər”dən geniş şəkildə istifadə olunur. Sizcə, buna maraq niyə bu qədər çoxdur?
- Bu üsulun tətbiqi bir neçə gündən bir neçə aya qədər çəkə bilər. Təkcə estetika deyil, sağlamlığı da nəzərə alırıq. Yeni rəqəmsal texnologiyalar planlaşdırma və istehsal prosesini sürətləndirməyə imkan verir. Lakin hər bir klinikada vəziyyət fərqlidir, buna görə də işin yekunlaşdırlmasına dair dəqiq bir müddət vermək çətindir.
Sevindirici haldır ki, insanlar artıq dişlərin sağlamlığı ilə yanaşı, görünüşünə də ciddi fikir verirlər.
- Bir çox stomatoloji klinika var. Tibb müəssisəsi, həkim seçərkən nəyə diqqət etməliyik?
- Müalicə prosesinə və nəticəyə təsir edən klinikadan və həkimlərdən asılı olaraq bir çox amillər var. Məsləhət görərdim ki, həkimlərə və onların müasir texnologiyalara nə dərəcədə açıq olduğuna diqqət yetirək. Qiymətlərə gəlincə isə, əgər klinikada yüksək ixtisaslı həkimlər çalışırsa, yüksək keyfiyyətli materiallardan istifadə edilirsə, bütün sanitar norma və qaydalara əməl edilirsə, bütün alətlərin daimi və əsaslı sterilizasiyasına qənaət yoxdursa, o zaman o klinikada qiymətlərdə aşağı ola bilməz. Klinikanı daha yaxşı başa düşmək üçün işçilərdən xahiş edin ki, sizi işin incəlikləri ilə tanış etsin və proses haqqında sizə məlumat versinlər.
- Azərbaycanda toydan əvvəlki proseduralar arasında həkim-stomatoloqa müraciət də getdikcə dəbə çevrilir. Cütlüklər üçün toydan əvvəl ən yaxşı xidmətlər hansılardır? Nə tövsiyə edərdiniz?
- Ən çox görülənlər ağız gigiyenası və ağardıcıdır. Toy həyatımızın ən gözəl hadisələrindən biridir və biz istəyirik ki, yeni evlənənlər foto və videolarda əks olunacaq parlaq təbəssümlə parlasınlar. Digər kateqoriyalı xəstələrə gəldikdə isə, ən populyar prosedura çürüklərin müalicəsidir, çünki bu, dünyada ən çox yayılmış xəstəlikdir. Yeri gəlmişkən, dişlərin ağardılmasının əks göstəricisidə ola bilər. Yeni evlənənlərə tövsiyə edərdim ki, bal ayı üçün ən yaxşı hazırlıq ağız boşluğunda mövcud problemləri, tətildə diş ağrısı ehtimalını mümkün qədər aradan qaldırmaqdır.
Əgər ağız boşluğunun gigiyenası və ya ağardılması kimi kosmetik prosedurlardan danışırıqsa, əks göstərişlər olduqda, ağız xəstəlikləri olmadığı təqdirdə bir və ya iki ay öncə gəlmək kifayət edəcək. İdeal olaraq, əlbəttə ki, xoşagəlməz sürprizlərdən qaçmaq üçün hər altı ayda bir stomatoloq yanında yoxlamadan keçin. Buna görə də toya hazırlaşmağa başlayan kimi diş həkiminə baş çəkmək yaxşı olardı. Çünki bəzi xəstəliklər daha uzun müalicə tələb edir. Təbəssüm xəttinizi kompozit bərpalar, venerlər və ya kronlarla bərpa etmək lazımdırsa, ən azı üç ay əvvəldən planlaşdırmalısınız ki, stomatoloqun öz işini görməyə vaxtı olsun və sizin yeni gözəl gülüşünüzə uyğunlaşmaq üçün vaxtınız olsun.
- Hər kəsi düşündürən bir sual var ki, ev şəraitində dişləri necə ağartmaq olar?
- Sadəcə olaraq apteklərdə satılan ağardıcı sistemlər təsirsizdir. Üstəlik dişlərin vəziyyətinin ilkin qiymətləndirilməsi aparılmadan xəstə tərəfindən nəzarətsiz həkim baxışı olmadan nə isə etmək müəyyən qədər təhlükəli ola bilər. Bir həkimlə məsləhətləşmədən seçilən formulalar və dərmanlar haqqında danışırıqsa, bu seçim müəyyən qədər risklidir. Ev şəraitində nə qədər düzgün etməyə çalışsanızda, klinikadakı sistemdən daha az təsirli olacaq.