Qadın xilasedici: Kişi tələb etdi ki, hamilə yoldaşını ancaq qadın xilas etsin - VİDEO

8-03-2024, 18:36           
Qadın xilasedici: Kişi tələb etdi ki, hamilə yoldaşını ancaq qadın xilas etsin - VİDEO
İnsan həyatını xilas etmək çox önəmli, təhlükəli, eyni zamanda şərəfli işdir.

TEREF xəbər verir ki, bunu 8 Mart – Beynəlxalq Qadınlar Günü ərəfəsində mütəxəssis-xilasedici Gülnarə Əliyeva deyib.

G.Əliyeva 2007-ci ildən Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətində çalışır. Çevik və insansevər olması onu bu peşəni seçməyə sövq edib: “Artıq 17 ildir ki bu işlə məşğulam. İnsan həyatını xilas etmək çox önəmli, təhlükəli, eyni zamanda şərəfli bir işdir”.

Həmsöhbətimiz bildirib ki, evli olması onun işinə heç vaxt maneə törətməyib: “Həyat yoldaşım işimlə bağlı hər zaman yanımda olub. İki övladım var, onlar hazırda idmanla məşğul olurlar. Mən işimi çox sevirəm. Qızlarımın da bu peşəni seçməsini istəyərəm”.Report













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru