Başkəndin taleyi belə olacaq: Sərhədlərlə bağlı son razılaşma - Şərtlər açıqlandı

9-03-2024, 15:16           
Başkəndin taleyi belə olacaq: Sərhədlərlə bağlı son razılaşma - Şərtlər açıqlandı
Ermənistan sülh müstəvisində özünü fəal göstərib arxa qapılar arxasında təxribata hazırlaşır. Buna İrəvanı havadarları təhrik edir. Əslində ermənilərin indi qorxusu Azərbaycanın yenidən antiterror əməliyyatlarına başlamaq ehtimalı ilə bağlıdır.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Rasim Musabəyov deyib.

O qeyd edib ki, yaxın zaman kəsiyində Azərbaycanın sülh prosesi müstəvisindən kənar addım atmaq niyyəti yoxdur:

“Amma Qazaxın 7 kəndi və Naçıvanın bir kəndi ilə bağlı məsələ öz həllini tapmalıdır. Hazırda həmin bölgələrdə rus hərbçiləri də dayanıb. Ona görə də, məsələləri ancaq müzakirələr müstəvisində həll etmək mümkündür”.

Deputat sərhəd komissiyaları arasında aparılan danışıqların mahiyyəti üzrə davam etdiyinə diqqət çəkib:

“Ermənistan da Azərbaycanın kəndləri geri qaytarması fonunda hansısa nöqtələrdə ərazilərin boşaldılmasını gündəmə gətirir. Gədəbəy rayonu ərazisində olan Başkənd məsələsi də müzakirə olunur. Bu məsələlər sərhədlərin dəqiqləşməsi fonunda öz həllini tapa bilər”.

Rasim Musabəyov hesab edir ki, Azərbaycanla Ermənistan arasında sərhəd komissiyalarının bundan sonra ardıcıl şəkildə görüşlərinin keçirilməsi ilə bağlı əldə edilən razılıqdan bəhs edib:

“Burada ardıcıllığın qorunması ilə bağlı razılıq əldə olunub. Əslində prosesin irəliləməsində yeganə yol məhz bu müstəvidədir. Sərhədlər hissələrə bölünüb əvvəl xəritə üzərində, daha sonra isə ərazidə razılaşdırılacaq. Razılaşma əldə edildikdən sonra bunu protokollaşdırmaq mümkündür. Mübahisəli ərazilərlə bağlı isə danışıqları davam etmək olar. Rusiya ilə 12 il aparılan danışıqlardan sonra bu məsələdə razılıq əldə olundu. Gürcüstanla isə hələlik proses yekunlaşmayıb”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.