"Belə davam etsə... Bakının bu ərazilərində sürüşmə qaçılmaz olacaq"

3-11-2024, 09:26           
"Belə davam etsə... Bakının bu ərazilərində sürüşmə qaçılmaz olacaq"
“Yağıntının buxarlanmadan üç dəfə az olduğu bir şəhərdə torpaq sürüşməsi baş verirsə, bunun səbəbi insanlardır”.

Bunu TNS-ə Elm və Təhsil Nazirliyinin Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin rəhbəri Ənvər Əliyev deyib.

O qeyd edib ki, Bakı şəhərində tikintinin sayı durmadan artır: "Harada gəldi, binalar tikilir. İlk növbədə binanı tikən şəxs bu sahədə kifayət qədər məlumatlı olmalıdır, düzgün relyef seçilməlidir. Əks halda, Bayıldakı kimi hər zaman sürüşmə və dağıntılar qaçılmaz olacaq.

Dağlıq ərazilərdə baş verən sürüşmələr o qədər də ciddi fəsadlara yol açmır. Çünki orada baş verən təbii hadisədir. Amma Bakı şəhəri ərazisində binalar o qədər yaxın tikilir ki, aralarında nəfəs almaq olmur. Belə olduğu tədqirdə, sürüşmə baş verəcəyi halda faciələr, fəsadlar qaçılmazdır”.

Ənvər Əliyev təbii mühitdə baş verən sürüşmələrin vaxtilə palçıq vulkanları püskürmüş ərazilər olduğunu bildirib: “Şəhərdə qayalar dağıdılaraq yerində evlər, binalar tikilir və ətrafda da heç bir bərkitmə işləri aparılmır, nəticədə sürüşmələr yaranır.

Biz şəhərdə düzgün sistemi qura bilmirik, insanlar yağışda həyatını itirir, sonra da deyirik ki, normadan artıq yağıb. Kanalizasiya xətləri düzgün qurulsa, vaxtında təmizlənsə, bu hallar baş verməz. Düzgün tikinti apara, yol strukturu qura bilmirik və torpağı günahkar sayırıq”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.