"Əməkdar artistlər İlahə Əfəndiyeva ilə Cahangir Qurbanov bizi təhdid edirlər" — Gənc vokalçıdan SENSASİON MÜSAHİBƏ + VİDEO
7-02-2017, 17:42
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının keçmiş solisti Gülşən İbadova ilə teatr rəhbərliyi arasında yaranmış gərginlik davam edir
İfaçı ona qarşı haqsızlıq edildiyini, rəhbərlik isə əksini iddia edir. Maraqlıdır, məsələnin kökündə hansı səbəb dayanır?
"Ölkə.Az"-ın suallarını gənc vokalçı Gülşən İbadova cavablandırır.
- Gülşən xanım, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının rəhbərliyi ilə aranızda gərginlik var və bu gərginlik artıq mətbuat səhifələrinə də daşınıb. İstərdim bir az əvvələ qayıdasınız və yaranmış gərginliyin başlanğıc səbəblərindən danışasınız.
- Hardan başlayacağımı da bilmirəm... Ötən il fevralın ortalarında rəfiqəm, daha doğrusu keçmiş rəfiqəm, əməkdar artist İlahə Əfəndiyevanın toy məclisində teatrın aktyor truppasının müdiri Toma Eyvazova ilə tanış oldum. Orada teatrın solistləri də iştirak edirdi. Digər musiqili qonaqlar kimi, mən də rəfiqəmə bir musiqi ərməğan elədim. İfamdan sonra Toma xanımla tanış olduq, səsimi bəyəndiyini dedi və nömrəmi götürdü. Hətta hazırda mənə qarşı müsahibə verən Samir Cəfərov da dedi ki, mən niyə sizi bu vaxta qədər tanımamışam, çox gözəl səsiniz, potensialınız var. Mənimlə nə duet oxumayıb, nə səhnədə görməyib, amma indi səsim haqqında rəy verir. Halbuki, konservatoriyanın səs üzrə professorları, dünya şöhrətli xalq artistimiz vaxtında mənim haqqımda rəylərini bildiriblər.
- Və Toma xanım sizi teatra dəvət etdi...
- Mənim Opera və Balet Teatrının solisti olmaq iddiam yox idi. Halbuki mənim səsim opera üçün yaranıb. Toma xanımdan xahiş etdim ki, mənə konsertmeyster-pianoçu lazımdır. Əgər köməyiniz dəyərsə, sevinərəm. Çünki çəkəcəyim videoya partiya hazırlamalı və Avropadakı bir müsabiqəyə göndərməliydim. Çox sağ olsun, yardım da etdi. İki həftədən sonra Toma xanım zəng vurdu ki, direktor Akif Məlikov sənə qulaq asmaq istəyir. İki gün məşq oldu, Akif müəllimin yanına getdik. Akif müəllim, baş dirijor Cavanşir Cəfərov, keçmiş konsertmeysterim də ora da idi. Direktor ifamı çox bəyəndi və mənə iki rol verdi-Cakomo Puçininin "Bogema" operasında Muzetta və "Arşın mal alan"da Gülçöhrə rolunu. Toma xanımın xahişiylə "Arşın mal alan"ı da hazırladıq.
Artıq hər iki operanın məşqləri gedir və üç həftə ərzində iki partiyanı öyrəndim.
- Teatrdan gedişiniz necə baş verdi?
- Son günlərdə soyuqluğu hiss etməyə başlamışdım. Teatrda bir otaq var, solistlər orada məşq saatını gözləyirlər. Mənim o otağda olmağım Toma xanımın və digərlərinin xoşuna gəlmirdi.
- Sizcə səbəb nə idi?
- İnanın ki, bu vaxta qədər bilmirdim, artıq bilirəm.
- Maraqlıdır...
- Günlərin birində nahar edirik. Bu məqamda mənim ən yaxın rəfiqəm İlahə Əfəndiyeva mənə eşitdirərək, truppa müdirinə deyir ki, mən yeni işə başlayanda üç il bu otağa girə bilmirdim, utanırdım, qorxurdum, indiki solistlər başımıza çıxırlar, yemək yeyirlər, utanmırlar. Mən də yemək yeyirəm. Toma xanım da gözlərimin içinə baxa-baxa deyir ki, necə gətirmişəm, elə də göndərərəm. Səhəri gün məşq saatını dəqiqləşdirmək üçün truppa müdirinə zəng vururam, deyir ki, xaricdən təzə solist gəlir, sən oynamırsan, daha məşqlərə gəlmə. Halbuki heç bir solist də gəlmədi. Bir anlıq şoka düşdüm. Çünki çox həvəslə məşqlər edirdim, əziyyət çəkmişdim.
İlahəylə bacı kimi olmuşuq, ona böyük bacı kimi baxırdım, mənimçün nümunə idi. Heç ağlıma gəlməzdi ki, bu teatra gəlişimlə öz rəfiqəmi itirməli olacağam, mənə qarşı dönəcək. Mən də soprano səsinə malikəm, o da, partiyalarımız eynidir deyə, rəqib gözüylə baxmağa başladı. Atılan atmacalarından bunu bilmək olardı.
Təsadüfən gördüm ki, Toma Eyvazova məni "Facebook" dostluğundan da silib. Bir həftə sonra direktora zəng etdim və məlum oldu ki, Akif müəllimin heç nədən xəbəri yoxdur. Məndən soruşdu ki, məşqlər necə gedir? Baş verənləri danışanda dedi ki, xaricdən heç kim gəlmir, məsələni aydınlaşdıracağam, çünki bizə lazımlı kadrsız. Ondan sonra zəng gəlmədi. Bir il keçdi və mən bu məsələni unutdum. Bir il sonra duet ortağım Mahmud Akın sürpriz olaraq məni "O səs Türkiyə"də qeydiyyatdan keçirdi. Cəmi iki günə yarışmaya çağırıldım. Yarışmadan qayıdandan sonra jurnalistlərə müsahibə verəndə soruşdular ki, eşitdik teatrda rol da oynamısınız və mən də baş verənləri danışdım. Müsahibəmdə Toma Eyvazova və Akif Məlikovdan savayı heç kimin adını çəkməmişəm. Bundan sonra teatr yalançı bəyanatla çıxış etdi. Bəyanatda deyilir ki, guya mən teatra xahiş edib gəlmişəm. Qeyd olunur ki, mən hamını qıcıqlandırıb, ittihamlar irəli sürürəm, əslində, həqiqəti demişəm və oradan tək mən yox, on beş nəfər uzaqlaşdırılıb. Guya bu uzaqlaşdırma 50 yaşdan yuxarı olanlara aiddir. Mənim isə hələ 30 yaşım var, gənc kadram. Bildirirlər ki, məni heç vaxt ştata götürməyiblər. Tamamilə doğrudur.
- Əgər direktor Akif Məlikov ifanızı bəyənmişdisə, lazımlı kadr olduğunuzu demişdisə, niyə son məqamda sizə dəstək olmadı? Çünki teatrda əsas söz sahibi odur.
- O hətta bilirdi ki, mənim diplomumla bağlı problem var. Dedi ki, əsas diplom deyil, gözəl oxuyursunuz.
- Bəs niyə dəstəkləmədi?
- Burada tək mən deyiləm, qurbanlar çoxdur. Akif müəllim bildirir ki, guya məni ikinci dəfə yoxlayıb, səsim operaya uyğun gəlmədiyi üçün, məni teatrdan uzaqlaşdırıblar. Yalandır və bunu sübut edə bilərəm. Çünki o partiyanı tək hazırlamamışam. Bütün mədəniyyət ocaqlarına səslənir ki, məni işə götürməsinlər. Niyə, nə etmişəm? Gənc ifaçıyam, karyerama yeni başlamışam. Mənim nüfuzumu qaralayır, bu, ayıbdır, gülməlidir. Məni qalmaqalçı adlandırır, amma əsl qalmaqalçı özləridir, haqqımı tələb edirəm. Bu ölkənin qanunları var.
- Adətən gənc kadrlara qarşı olunanların arxasında pərdəarxası qaranlıq məqamlar olur. Sizcə, vəziyyətin bu yerə gəlib çatmağının səbəbləri arasında xüsusi bir səbəb var?
- Operanın içində olanlar bilir ki, burada eyni adamlar, eyni tamaşalar, eyni quruluşlardır, bir gənc, bir yenilik görməzsiniz. Məndən başqa onlarla istedadlı gənclər var ki, sıxışdırılıblar, sadəcə, səslərini mənim kimi ucaltmayıblar və məcburən Avropaya üz tutublar. Hazırda onlar Avropanın ən öndə gedən teatrlarında işləyirlər.
- Yanılmıramsa, sizin də planınızda Avropayla bağlı bəzi layihələr var.
- Bəli, elədir. Bu məsələdə Xuraman Qasımovadan rəy almaq istəyirdilər. O, Azərbaycanın xalq artistidir və bütün dünyada tanınan canlı əfsanədir.
- Ondan sizin əleyhinizə rəy almaq istəyirdilər?
- Bəli. Amma Fidan və Xuraman xanımın gözü qarşısında böyümüşəm, sənətimə bələddirlər. Operadakı solistlərin diplomunu Xuraman xanım imzalayır. Çünki konservatoriyada vokal şöbəsinin rəhbəridir. O mənim sənətim, uşaqlıqda çəkdiyim əziyyətlər barədə fikirlər səsləndirib. Haqqımda səsləndirdiyi fikirlərin yer aldığı yazını sosial şəbəkədə paylaşdım. Onun altından əməkdar artistlər fəxri adlarına yaraşmayan təhqirlər, təhdidlər etdilər. Operanın xor, orkestr işçiləri mənə təhqirlər yazırdılar, zənglər edirdilər, təhdid olunurdum. Təhdidlərin cəmi ikisini qeydə aldıq.
Duet yoldaşım Mahmud Akına zəng vurulub və belə bir təqdimat olub- "Mən Azərbaycanın əməkdar artisti, Daxili İşlər Nazirliyinin orkestr rəisi Cahangir Qurbanov. Mahmud bəy deyib ki, buyurun. Cahangir Qurbanov deyib ki, səni burdan deportasiya etdirərəm". Onun nə ixtiyarı var ki, hüquq-mühafizə orqanlarının adından istifadə edib, insanları deport etdirməklə təhdid edir? Bu, cinayətdir. O səs yazısı hüquq-mühafizə orqanlarına verilib. İlahə Əfəndiyeva zəng vurub məni təhqir edir, hesabat istəyir ki, niyə əvvəlcədən mənə teatra gəlmək istədiyini demirdin? Mən ona böyük bacı kimi baxırdım, teatra gələndən sonra hamının üzünü gördüm.
- Bu məsələylə bağlı atacağınız addım nə olacaq. İşə bərpanız üçün hüquqi instansiyalara müraciət edəcəksinizmi?
- Bu məsələni qaldırmaqa məqsədim heç də Opera və Balet Teatrında işə bərpa olunmaq deyil. Bəlkə şərait dəyişsə, qayıdaram. Əsas məqsədim mənim kimi onlarla gənclərin qarşısını alan insanları cəzalandırmaqdır. Həmin gənclər ölkədən gediblər.
- Gənc ifaçısınız, amma işləmirsiniz. Necə dolanırsınız, toylara gedirsinizmi?
- Vokal ifaçıları nadir hallarda toylara dəvət alırlar. Müxtəlif dövlət tədbirlərində çıxışlar etmişəm. Amma bundan sonra iştirakıma imkan veriləcəkmi, onu bilmirəm. Hazırda Almaniyanın bir albom şirkətiylə müqaviləm var. İtaliya bəstəkarı mənə vokal əsəri verib, film üçün səsləndirəcəyəm. Leyla Əliyevanın italyan dilinə tərcümə olunmuş sözlərinə vokal ustadımız və bəstəkarımız Rizvan Sədirxanovun yazdığı əsəri səsləndirmişəm.
- Son olaraq...
- Samir Cəfərov haqqımda pis rəy bildirib və deyib ki, mənim səsim opera üçün çox zəifdir, püxtələşməyib. Birincisi, o məni operada nə zaman görüb? Orada mənə imkan verilsəydi, görərdilər. Onunla nə zaman duet oxudum, səs diapazonumu, gücümü ölçdü? Mənim haqqımda dünya şöhrətli vokalçı Xuraman Qasımova rəy verib. Samir Cəfərovun mənim haqqımda tanımadan rəy verməsi yüngül hərəkətdir.
[media=https://www.youtube.com/watch?time_continue=2&v=8PnVVamP9VQ]