Abid Şərifov: “Nazirlər Kabineti qərarı ilə 25 nəfəri ölümdən xilas etdi”

23-02-2018, 14:15           
Abid Şərifov: “Nazirlər Kabineti qərarı ilə 25 nəfəri ölümdən xilas etdi”
“Bayıl yamacındakı sürüşmə zonasında 4 ev uçub, 2 ev də bu gün, sabah uçacaq”

“Bayıl yamacındakı sürüşmə zonasından 97 ailə köçürülüb, 4 ev uçub, 2 ev də bu gün, sabah uçacaq. Bu 2 evin artıq yarısı uçub”.

Bunu APA-ya açıqlamasında baş nazirin müavini Abid Şərifov deyib.

A. Şərifov deyib ki, Nazirlər Kabinetinin ilk qərarı sakinlərin bu təhlükəli ərazidən çıxarılması olub: “Nazirlər Kabinetinin Ehtiyat Fondundan bu sakinlərə kirayə pulu ayrılıb. Nazirlər Kabineti qərarı ilə 25 nəfəri nağd ölümdən xilas edib. Həmin uçan 4 evdə 25 nəfər insan yaşayırdı”.

Nazirlər Kabinetinin Bayıl yamacındakı sürüşmə zonasındakı evlərlə bağlı yekun qərarına gəlincə, A. Şərifov qeyd edib ki, hələlik layihə işləri gedir: “Görək sürüşmə prosesi dayanacaqmı, sürüşmə prosesinin qarşısı necə alına bilər? Hələlik bir dəyişiklik yoxdur. Amma sürüşmə də yavaş-yavaş davam edir. Hələlik başqa heç nə demək mümkün deyil. Sürüşmə zonasındakı evlər də mühafizə olunur. İndidən 97 evin hamısının sökülüb-sökülməyəcəyi, sakinlərin hamısının köçürülüb-köçürülməyəcəyi ilə bağlı heç nə demək olmaz. Həm də 97 evi köçürmək xırda bir məsələ deyil axı...”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru