"Səbail"in baş məşqçisi kapitanın himni oxumamasına münasibət bildirib

13-08-2018, 00:08           
"Səbail"in baş məşqçisi kapitanın himni oxumamasına münasibət bildirib
"Çətin oyunun olacağı gözlənilirdi. Oyunumuzu matçdan-matça yaxşılaşdırmağa çalışacağıq. Yaxşı vəziyyətlərimiz də oldu. Ancaq əlbəttə, səhvlərimiz də var və onları təhlil edəcəyik".

"Report" xəbər verir ki, bunu "Səbail"in baş məşqçisi Aftandil Hacıyev səfərdə "Qəbələ"yə 0:3 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının ilk tur matçından sonra mətbuat konfransında deyib. Hacıyev daha sonra sualları cavablandırıb...

- İstədiyiniz komandanın neçə faizini gördünüz?

- Son 2 həftədir komandanı formalaşdırmışıq. İlk matçımız "Sabah"la yoldaşlıq görüşü idi. Bu, ikinci matçımızdır. Əlbəttə, bu, görmək istədyim "Səbail" deyil. Daha yaxşı komandanı görəcəyinizə söz verirəm.

- Bu çempionatda hansı yerə ümid edirsiniz?

- İndidən bir söz demək çətindir. Komandalar güclənib. Proqnoz verməyi xoşlamıram.

- Komandanı meydana kapitan kimi çıxaran Rahid Əmirquliyev dövlət himnini oxumaması ilə yenə diqqət mərkəzinə düşdü. Bir baş məşqçi kimi bunu necə qarşılayırsınız?

- Rahidin himnimizi oxuyub-oxumadığını deyə bilmərəm. Bunu özündən soruşsanız, yaxşıdır. Əmirquliyev nümunə göstərdiyimiz futbolçulardandır. O, xasiyyətinə, davranışına görə həmişə örnək olub. Düşünümürəm ki, hörmətsizlik etsin.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru