“Aİ-92” markalı benzinin keyfiyyəti aşağı düşüb? - Tanınmış maşın ustası AYDINLIQ GƏTİRDİ

7-09-2018, 16:08           
“Aİ-92” markalı benzinin keyfiyyəti aşağı düşüb? - Tanınmış maşın ustası AYDINLIQ GƏTİRDİ
Bir müddət əvvəl Azərbaycanda satılan Aİ-95 və Aİ-98 markalı benzinlər bahalaşdı. “Aİ-95”in qiyməti 1 manat 25 qəpikdən 1 manat 50 qəpiyə, “Aİ-98”inki isə 1 manat 50 qəpikdən 1 manat 60 qəpiyə qalxdı. Təbii ki, bu qiymət artımı həmin markalı benzindən istifadə edənlərin büdcəsinə ciddi təsir etdi.

Qiymət artımından sonra “Aİ-92” markalı benzinin keyfiyyətinin aşağı düşdüyü iddia olunur. Bəzi avtomobil sahiblərinin iddiasına görə, yanacaqdoldurma məntəqələrdən bilərəkdən “Aİ-92” markalı benzinin keyfiyyətini azaldır ki, hamı “Aİ-95” markalı benzindən istifadə etsin.

Məsələ ilə bağlı Modern.az-a danışan tanınmış avtomobil ustası Əli Sultanov deyib ki, Azərbaycanda istehsal olunan benzinin oktanı keçmiş SSRİ dağılandan sonra aşağı olub.

“Bu gün də həmin problemdi. “Aİ-92” markalı benzinin keyfiyyəti əvvəl necə idisə, indi də elə qalıb. Müşahidələr göstərir ki, “Aİ-92” markalı benzinin oktanı 89, 90, 91 olur. Amma bu iddialar doğru deyil ki, “Aİ 95” markalı benzin qalxandan sonra “Aİ 92”nin keyfiyəti aşağı düşüb”.

Ustanın sözlərinə görə, ümumiyyətlə Azərbaycanda avtomobil sahibləri istehsalçının icazə verdiyi benzindən istifadə etmirlər:

“Avtomobil istehsalçısı hansı oktanlı benzindən istifadəyə icazə verirsə, mütləq ondan istifadə etmək lazımdı. Bizdə isə avtomobil sahibləri qənaət etmək üçün avtomobillərində “Aİ-95”, “Aİ-98” markalı benzinin əvəzinə “Aİ-92” markalı benzin tökürlər. Son vaxtlar bizə avtomobillərdə benzinlə bağlı yaranan problemlərə görə müraciətlər artır. Maşına baxış keçiririk və aydın olur ki, sahibi “Aİ-95” markalı benzin əvəzinə “Aİ-92” markalı benzindən istifadə edib. Sürücülərə bunun yanlış olduğunu izah etsək də onlar qiymətin ucuzluğuna görə belə etdiklərini deyirlər. Adamın cibinə uyğun deyil, amma maşın da sürmək istəyir, “Aİ-92” vurur və daha sonra benzinin keyfiyyətindən şikayətlənir. Sürücülərimiz düşünməlidir ki, benzində 60, 70 qəpik qənaət etməklə onlar irəli düşmürlər, əksinə, avtomobillərində ciddi problemlər yarana bilər. Ona görə də problem sırf “Aİ-95” markalı benzinin qiymətinin baha olmasıdır”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.