Aşıqın sözü qurtaranda "dalay dalay" deyər - "Tənzilə ilə Tünzaləni səhv salıblar" - Tənzilə Rüstəmxanlı. MSK-da biabırçılıq

8-10-2015, 15:18           
Aşıqın sözü qurtaranda "dalay dalay" deyər - "Tənzilə ilə Tünzaləni səhv salıblar" - Tənzilə Rüstəmxanlı. MSK-da biabırçılıq
Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov “Azər-Türk Qadınlar” Birliyinin sədri, millət vəkili Sabir Rüstəmxanlının həyat yoldaşı Tənzilə Rüstəmxanlının namizədliyinin qeydə alınmamasına münasibət bildirib. Publika.az-ın məlumatına görə, MSK-nın bu gün keçirilən iclasında 42 saylı Sumqayıt ikinci seçki dairəsindən namizədliyini irəli sürən Tənzilə Rüstəmxanlı MSK-ya etdiyi müraciətə baxılıb.

Məsələ ilə bağlı çıxış edən MSK üzvü Almaz Qəhrəmanlı T.Rüstəmxanlının imzalarının saxta olmadığını və buna görə də namizədliyinin qeydə alınmasını tələb edib. A.Qəhrəmanlıya cavab verən digər MSK üzvü Ramiz İbrahimov isə deyib ki, T.Rüstəmxanlı üçün imza toplanarkən, müğənni Tünzalə Ağayevanın adından istifadə olunaraq seçicilər aldadılıb: “Biz 50 nəfərə yaxın imza verən şəxslə əlaqə saxladıq. Dedilər ki, aldadılmışıq. İmza verən şəxslərdən biri deyib ki, onlar Tənzilə Rüstəmxanlıya imza verən zaman onu Tünzalə Ağayeva ilə səhv salıblar, sevdikləri müğənni olduğu üçün ona imza veriblər, sonradan biliblər ki, bu, Tənzilə Rüstəmxanlıdır”.

Daha sonra məsələyə münasibət bildirən MSK sədri Məzahir Pənahov deyib ki, Tənzilə Rüstəmxanlının həyat yoldaşı olan Sabir Rüstəmxanlı tanınmış şairdir: “Sabir müəllim tanınmış adamdır, onun şəxsiyyətinə hörmətimiz var. Ancaq bu cür şəkildə Tənzilə xanımın namizədliyini qeydə almaq ixtiyarımız yoxdur. Bu, bizdən asılı olan məsələ deyil, biz seçki prosesini saxtalaşdıra bilmərik”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.