Hakim partiyada kadr dəyişiklikləri olacaq

31-10-2018, 00:14           
Hakim partiyada kadr dəyişiklikləri olacaq
Gürcüstanın hakim Gürcü Arzusu Partiyasında kadr dəyişiklikləri planlaşdırılır.

Unikal.org-un məlumatına görə, bu barədə partiyanın liderlərindən biri Mamuka Mdinaradze jurnalistlərə deyib.

O bildirib ki, Gürcüstan hökumətində dəyişikliklər nəzərdə tutulmayıb: "Bidzina İvanişvilinin iştirakı ilə partiyada dünən və bu gün məsləhətləşmələr aparılıb. Partiyaya yeni simaların gələcəyini istisna etmirik. Əlbəttə ki, partiya fəaliyyətini daha da gücləndirəcək”.

M.Mdinaradze vurğulayıb ki, Gürcü Arzusu Partiyası üçün əsas çağırış vətəndaşlarla koordinasiyanın sürətləndirilməsi və yaxşılaşdırılmasıdır: "Partiyada yenilənmə və yeni üzvlərin gəlməsi ilə bağlı müzakirələr aparılır”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru