Hillari Klinton prezident seçkilərinə qatılacağını istisna etmir – 2020-ci ildə

31-10-2018, 07:27           
Hillari Klinton prezident seçkilərinə qatılacağını istisna etmir – 2020-ci ildə
Amerika Birləşmiş Ştatlarının (ABŞ) sabiq dövlət katibi Hillari Klinton 2020-ci ildə bu ölkədə keçiriləcək prezident seçkilərində namizədiyini irəli sürəcəyini mümkün hesab edir.

Bu barədə xəbəri «RİA Novosti» agentliyi yayıb.

«Yaxşı, mən prezident olmaq istərdim. Mən fikirləşirəm ki, qarşımızda çox-çox işlər durur, ümid edirəm ki, 2021- ci ilin yanvarında Oval kabinetdə demokrat oturacaq» – deyə, Klinton «Rekode» informasiya resursuna müsahibəsində bəyan edib.

O, həm də əlavə edib ki, «bacardığı hər şeyi etməyə hazırlaşır ki, 2021-ci ilin yanvarında Ağ Evə demokrat gəlsin».

Bundan əvvəl, 2017-ci ildə Prezident Donald Tramp bəyan etmişdi ki, Hillari Klintonun 2020-ci ildə keçiriləcək növbəti seçkilərdə namizədliyini irəli sürəcəyinə «ümidli»dir.
azpolitika












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru