Tramp Çindən ABŞ məhsullarına qoyulan rüsumları dərhal ləğv etməyi istəyib

2-03-2019, 08:16           
Tramp Çindən ABŞ məhsullarına qoyulan rüsumları dərhal ləğv etməyi istəyib
Amerika lideri Donald Tramp "Twitter"də Birləşmiş Ştatlardan ixrac edilən kənd təsərrüfatı məhsullarına qarşı tətbiq olunmuş rüsumları dərhal aradan qaldırmaq xahişi ilə çinli tərəfdaşlarına müraciət etdiyini yazıb.

“Report” xəbər verir ki, bununla belə, o qeyd edib ki, tərəflərin ticarət danışıqları uğurla gedir.

"Mən Çindən bizim kənd təsərrüfatı məhsullarımıza tətbiq olunmuş rüsumların dərhal aradan qaldırılmasını xahiş etdim…çünki ticarət danışıqları pis getmir", — deyə Tramp yazıb.

Eyni zamanda, prezident qeyd edib ki, öz növbəsində fevralın sonu verdiyi vədə sadiq qalaraq, martın 1-də Çin məhsullarına qoyulan rüsumu 25 faizədək qaldırmayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru