“Seçicilərim tərəfindən çox yüksək əhval-ruhiyyə ilə qarşılanıram” - Fəzail Ağamalı
27-10-2015, 16:04
“Mənim dünən Nefçalada görüşüm olmaya-olmaya bu cür məlumatın verilməsi səhvdir”
Bu sözləri PİA.AZ-a Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı dünən haqqında yazılan xəbərlərə münasibət bildirərkən deyib. Millət vəkili qeyd edib ki, yazılan xəbərlər ona atılan böhtandır, yalandır:
“Dünən mənim haqqımda yayılan xəbərlər kökündən yanlışdır. Mən bu gündən Nefçalanın iki inzibati ərazisində görüşlərəbaşlamışam. Bir ərazidə bu gün görüşlər keçirildi, digər görüş isə sabah olacaq. Mənim dünən Nefçalada görüşüm olmaya-olmaya bu cür məlumatın verilməsi səhvdir. İstənilən məlumat olanda qarşı tərəfin mövqeyin öyrənmək lazımdır ki, bu xəbər düzdür ya yalan. Seçkilər qurtarandan sonra mənim haqqımda yayılan qərəzli mövqeləri boş buraxmayacam. Onlar Azərbaycan qanunları çərçivəsində mənim iradəmin ortada olduğunu görəcəklər. Kimlərsə hansı məqsədlərlə mənim haqqımda bu yalan məlumatları yayıb, baxmayaraq ki, ictimaiyyətdə onların beş qəpiklik rolu yoxdur. Mən heç belə bir saytın olduğunu bilmirdim.
“Seçkilər qurtarandan sonra mənim haqqımda yayılan qərəzli mövqeləri boş buraxmayacam”
Bu yazılanlar mənə atılan böhtandır, yalandır. Mən seçicilərim tərəfindən çox yüksək əhval-ruhiyyə ilə qarşılanıram. Konkret olaraq həmin yazıda qeyd olunan görüşlərim bu günə qədər olmayıb. Yenə deyirəm, ilk görüşüm bu gün Cəngəm inzibatı ərazisində oldu. Bu görüş də kifayət qədər seçicilərin fəal iştirakı ilə keçirildi. Görüşdə görülən işlər və eyni zamanda problemlər üzərində ətraflı danışıqlar apararıldı. Biz bu gürüş haqqında məlumatları hazırlayıb mətbuata verəcəyik. Seçicilərimlə görüş çox yaxşı əhval-ruhiyyə ilə başa çatdı”.
Xatırladaq ki, dünən xəbər yayıldı ki, Neftçala sakinləri millət vəkilini kəndə buraxmaq istəməyiblər, icra nümayəndəsi işə qarışandan sonra vəziyyəti düzəltmək mümkün olub. Həmçinin xəbərdə qeyd edilirdi ki, Fəzail Ağamalı bir neçə gün əvvəl Neftçala rayonunun bir neçə kəndinə baş çəkərkən camaat onun maşınının qarşısını kəsib. Millət vəkili elə zənn edib ki, tərəfdarları bu işi seçki təbliğatı xatirinə qurublar. Lakin maşından düşərkən eşitdiyi sözlər və göstərilən münasibətdən heyrətə gəlib.