Əli Kərimlidən sensasion açıqlama: "Mənə spiker və 5 nazir postu təklif olundu, imtina etdim..."

4-05-2019, 19:06           
Əli Kərimlidən sensasion açıqlama: "Mənə spiker və 5 nazir postu təklif olundu, imtina etdim..."
AXCP sədrli Əli Kərimli “Azadlıq” radisouna müsahibəsində sensasion açıqlamar səsləndirib.

Savash.org xəbər verir ki, jurnalistin AXCP-nin 2000-ci illərdə hakimiyyətlə əməkdaşlıq etməsinə dair iddialarla bağlı sualına cavabında Əli Kərimli deyib ki, o zaman beynəlxalq vasitəçilər belə bir təşəbbüsdə bulunub: “O zaman beynəlxalq vasitəçilər hakimiyyətlə və mənimlə belə bir söhbət aparıb. O zaman söhbət AXCP-yə 5 nazirlik postunun verilməsi və mənim spiker olmağımdan gedirdi. Sonradan biz bu məsələni Rəyasət Heyətində müzakirəyə çıxardıq. Müzakirələrin nəticəsi olaraq, bundan imtina etdik”.

Qeyd edək ki, 2000-ci parlament seçkilərində proposianal yolla parlamentdə bir neçə mandat qazanan AXCP o zaman müxalifətin hədəfində idi. Belə ki, onun hakimiyyətlə sövdələşmə nəticəsində məclisdə yer qazandığı iddia olunurdu.

Bununla bağlı da suala cavabında AXCP sədri deyib ki, o zaman hakimiyyətə real rəqib olan AMİP və Müsavatla müqayisədə rəhbəri olduğu partiya zəfləmişdi: “Hakimiyyət bizə də mane ola bilərdi. Ona görə mane olmadı ki, bizi zəif hesab etdi”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru