Millət vəkili: Gürcüstanın torpaq iddiaları ağrılıdır - Video

4-05-2019, 20:34           
Millət vəkili: Gürcüstanın torpaq iddiaları ağrılıdır - Video
Bir neçə gün öncə azərbaycanlı sərhədçilərin gürcülərə məxsus Udabno (Keşikçidağ) monastrına gedən yolu bağlaması sərhədlərin delimitasiyası məsələsini yenidən gündəmə gətirib.

Gürcüstan prezidenti Salome Zurabişvili bildirib ki, Azərbaycanla Gürcüstan arasında ümumi sərhədlər üzrə razılıq əldə edilməsi iki ölkə arasında dostluq münasibətlərini gücləndirəcək və mövcud olan problemləri aradan qaldıracaq. Gürcüstanın daxili işlər naziri və bir neçə başqa dövlət rəsmiləri isə Keşikçidağ məbədinin gürcülərə məxsus olduğunu iddia edərək delimitasiya zamanı Azərbaycanın güzəşt etməsini istəyir. Məsləylə bağlı millət vəkili Qənirə Paşayeva Real Tv-yə müsahibə verib. Millət vəkilinin fikrinə görə, üzərində qədim tarixi miurasımız olan torpaqlarımz dəyərlidir və Gürcüstan bu məsələdə xətalı mövqe tutur. Yürüdülən kampaniya durdurulmazsa bu məsələdən başqa mənalar çıxacaq. Bu iki ölkə arasında münasibətlərdə soyuqluq yarada bilər ki, bu da ilk növbədə Gürcüstan üçün zərərli ola bilər. Bu yanaşmalarda çox ehtiyatlı olmaq lazımdır.

“Keşikçidağla baglı Gürcüstanın torpaq iddiaları ağrılırdır. Alban məbədlərinə gürcülərin iddiası bizim üçün ağrılı məsələdir. Cənab prezidentin də göstərişi ilə biz öz abidələrimizə sahiblinik.

Bu məsələnin heç bir tarixi əsası yoxdur və yolverilməzdir. Mən düşünürəm ki bizim alimlərimiz, tarixçilərimiz dəyirmi masa keçirməlidirlər və faktlarla cavablar verilməlidir. Çünki, bu yanaşmanın nə tarixi, nə də bu günə dayalı əsası yoxdur. Məsələnin daha çox siyasi, yoxsa siyasi məsələ olmasına gəlincə, hansı abidələrin kimlərinsə nəzarətinə keçməsindən söhbət gedirsə gürcülər düşünməlidirı. Biz də Gürcüstan ərazisindəki bir çox abidələrimizə idida qaldıra bilərik. Lakin biz bu məslələrə beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində yanaşmalıyıq.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.