Gürcülər Azərbaycan sərhədində təxribata əl atdı – monastırı əhatəyə aldılar (FOTOLAR)

6-05-2019, 20:47           
Gürcülər Azərbaycan sərhədində təxribata əl atdı – monastırı əhatəyə aldılar (FOTOLAR)
Azərbaycan-Gürcüstan sərhədinin Keşikçidağ monastır kompleksinin yerləşdiyi hissəsində gürcü vətəndaş fəalları toplaşaraq aksiya keçirir.

Unikal.org “Exo Kavkaza” portalına istinadən xəbər verir ki, fəallar əl-ələ tutaraq monastır kompleksinin sərhədin Azərbaycan tərəfində qalan hissəsini canlı zəncirlə əhatəyə alıblar.

Fəalların bildirdiyinə görə onların məqsədi kompleksin Gürcüstanın tərkibində olduğuna dair Azərbaycana mesaj verməkdir. Aksiyada iştirak edənlər gürcü milli mahnıları oxuyublar. Onlar bir neçə kilometr piyada yol qət edərək monastır kompleksinə gəliblər.

Xatırladaq ki, Keşikçidağ monastır kompleksi ilə bağlı məsələ aprelin 25-də Azərbaycan sərhədçilərinin gürcü ziyarətçilərinin kompleksə ziyarətini məhdudlaşdırmasından sonra gündəmə gəlib. Daha sonra iki ölkə xarici işlər nazirlikləri məsələni yoluna qoyublar və sərhədlərin demarkasiya sına dair danışıqlara hazır olduqlarını bildiriblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru